Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

Ibanez Little George Benson elektrik gitarası

Siz peşəkar musiqiçi kimi fəaliyyət edirsinizsə, Sizə gözəl səslənən və ifa etməyə maraqlı olan etibarlı alət lazımdır. LGB sadə və gözəl v platforma ilə bütün bu istəklərinizi həyata keçirir. 

 

 

Corc Benson Yeni Boss Gitarası ilə '60-ci illərin  ortalarında çıxış etdiyi zamanlar, o avantürist harmonik ruhu, göz qamaşdıran texnikanı və bir çox cazmenin ifa tərzinə təsirini göstərən təkrarolunmaz tonu özündə birləşdirən müasir caz gitara erasının təməlini qoyub.  Bu tez-tez imitasiya edilən tonlar 30 ildən çox davam edən  İbanez gitara xətti ilə nəticələndi.

 

 

Uzun sürən bu münasibətlərin ən yeni məhsulu  GB30TH və GB10-da üzərində incə yeniliklərlə dəyişiklik edilən  LGB300-dır. Bu illər ərzində Benson onun imzası ilə ola n oxlara incə dəyişikliklər edib.  Benson həmişə öz dizaynını praktik edib və özünün kommersiya rəssam hazırlığını dizayn ideyalarını təsvir etmək üçün istifadə edir. Gitaranın formasında, qrifin ölçüsündə və pikaplarda kiçik dəyişikliklərdən əlavə,GB öz mahiyyətini qoruyub saxlayır.  LGB("Little George Benson") -ın dizaynı onun ilk gitara xatirələrindən ilhamlanaraq yaradılıb.

 

 

Benson divarda asmaq üçün deyil, ifa edən musiqiçilər üçün gitara yaratmaq istəyirdi. LGB-ın keyfiyyəti, siz ona ilk dəfə əl vurduğunuz andan hiss olunur. LGB-ın çəkisi isə bir az gözlənilməz oldu və o arktopdan  bir qədər ağırdı. Amma Benson - gitaranın ölçüsünü 16.5 -ə genişlədirib, bu isə GB10- in ölçüsində nisbətən çox cüzi artım olçaqla bərabər, əlavə çəkini və əks-sədanın artmasının səbəbini izah edir.   

 

 

Lad qrif və simlər arasında kəskin kənarlar və ya boşluq olmadan, qüsursuz şəkildə hazırlanıb. Bensonun uşaq olarkən çaldığı  Guild Johnny Smith - dən ruhlanaraq yaradılan 305mm qrif çox rahat idi. 24.75" miqyaslı uzunluğu da Smit modelinindən ilhamlanaraq götürülüb və Gibson və ənənəvi akustik gitara ifa edən zaman yaranan o hissləri sizə verir.

 

 

Elektronikaya gəldikdə isə Benson hər bir pikap üçün standart səs və tonun idarəetməsi üçün ənənəvi üsullardan istifadə edib. Hər bir düymənin ətrafında yerləşən rezin halqalar onlara toxunan zaman peşəkar görünüş və hissi verir. Orta lad mənim zövqümcə bir az kiçikdir, amma simlər   düzgün şəkildəö qurulan zaman, bu əksəriyyət ifaçılar üçün rahat ola bilər.

 

 

Buqinin orta tezliyi

LGB-ə qoşulan zaman panç və əks-səda ağıla gələn iki deskriptordur. NAMM -da Bensonun ən son mətbuat konfransı zamanı, o, LGB-nin yüksək səslərə daha az meyilli olmağını istədiyini deyib. Siz eyni akustik səsləri əhatə edən alətlərdə ifa edən zaman,əlavə qucum və səs gücləndirici miks yaratmaq üçün kömək edir. Və hər iki pikaplarda yerləşən gücləndiricilər  B3-ın fırlanan reproduktorda səslənməsini qulağa xoş edir. 

 

 

45mm simlər arası məsəfə barmaq üslubu ilə ifa edənlər üçün mehriban dizaynla edilib və bu hissə öyrəşdiyiniz zaman elastik simlər sizə ifa zamanı çox rahat olacaqlar.

 

Bric pikapına bəzi məlum əlavələr edilsədə,o, heç vaxt kəskin və ya sərt səslənən olmayıb. Bunun bir hissəsi dairəvi formada olan simlərin sələnmə tərzinə də aid etmək olar,lakin əsas səbəbi mükəmməl şəkildə tənzimlənən pikaplardı. Benson həm analoq gücləndirici həm yarımkeçirici gücləndiricilər ilə işləməin yollarını bilir və hətta Newcastle-ın kifayət qədər yüksək səs səviyyələrində uğultusu ilə belə LGB heç vaxt artıq olmur. Cazdan cingiltilı açıq akkordlara keçid zamanı gitaranın akustik xüsusiyyətləri ifa olunan hər bir səsə hər akkordun notu miksdə yerində və düzgün şəkildə yerləşməsi nəticəsində aydın səslənmə imkanları verir. 

Brendlər

108
Brendlərin