Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG TAKTILE-25 Klavişli MİDİ-kontroller

Rəqəm: 213927, Vendor şifrəsi: 100014226000
€ 216.98 € 159.00

Malların mövcudluğu

Mövcüddur

Təsvir

Klavişli USB-kontroller

 

Öz ifanı tap. Yeni KORG tactile kontrolleri dirçəlişin əsl partlayışı.

 

Taktile kontrolleri operativ idarəetmə ilə ifanın rahatlığını təmin edərək dəbli dizaynı ilə seçilir. O eynilə KingKORG və KROME sinteztorları/iş stansiyalarında olduğu kimi özüqayıdan sintezator klaviaturası ilə təchiz olunmuşdur. Bu alətdə reallaşdırılmış müxtəlif funksiyaların çoxu musiqi yaradıcılığı prosessini optimizə etməyə imkan yaradır. Burada həmçinin Kaossilator seriyasının cihazlarında olduğu kimi barmaqları işlədərək melodiyaları ifa etmək üçün sensor panel, akkordların generasiyası ilə yanaşı düzüm variantlarını keçirmək üçün trigger pedlərini və ritmik patternləri olan arpeciator tapmaq olar. Taktile özü özlüyündə həmçinin istənilən müasir MIDI-kontrollerin funksiyonal imkanlarına makidir – musiqi bəstələrinin yaradılmasını tezləşdirən və sadələşdirən keçirici və slayderlər həmçinin nəzərdə tutulublar. Bu nəinki rahat MIDI-kontrollerdir. Taktile – yaradıcılıq istəyini ehtiyaca döndərən MIDI-kontrollerdir.

 

 

 

 

- DAW proqram əlavələrinə inteqrasiya üçün tam preset dəstləri və iş üçün bütün lazımı funksiyalar; sadəcə olaraq qoşun və musiqi yazmağa başlayın.

 

- Barmaqları işlədərək musiqi frazalarını yaratmaq üçün sensor panel

 

- Notların və ya akkordların tez daxil edilməsi üçün basma sürətinə həssas işıqlı trigger pedləri.

 

- İfa zamanı tam rahatlıq təmin edən özüqayıdan klaviatura.

 

- Treklər ilə iş zamanı sensor panelin istifadəsi imkanı; sol və sağ «kliklər»-i dəstəkləyən lentli kontroller

 

- Dəbli və erqonomik dizayn

 

- KORG KONTROL Editor proqramı və Control Surface plagini

 

- Komplektdə proqram təminatının heyrətamiz dəsti.

 

 

DAW-proqramlar ilə işləmək üçün tam preset dəsti və işl üçün bütün lazımı funksiyalar sadəcə qoşun və işləməyə başlayın.

 

Taktile — rahatlı və operativlik. Sadəcə olaraq aləti USB-kabel ilə kompyuterə calayın və enerji avtomatik qoşulacaq. Bu kontroller bütün əsas DAW-proqramlar və sekvensorlar ilə işi dəstəkləyir (*), ayarlanmanın inanılmaz sadə proseduru isə praktiki olaraq dərhal musiqi yazımına başlamaq imkanı yaradır. Bütün kontrollerlər asanlıqla yenidən təyin oluna bilirlər, bu da özlüyündə istər virtual mikşer ilə idarəetmə, istərsə də proqram sintezatorları qurğularının redaktəsi olsa belə, taktile ilə qarşıya qoyulan istənilən tapşırıqları yerinə yetirməyə imkan yaradır.

 

(*) Dəstəkənən proqramların siyahısı:

 

- Cubase 7
 

- Live 9
 

- Garage Band 10
 

- Logic Pro X

 

- Pro Tools 10
 

- SONAR X2
 

- Digital Performer 8
 

- MIDI vasitəsilə xarici idarəetməni dəstəkləyən digər proqramlar.

 

Öz sevimli proqram sintezatorunuzu Kaossilator`a çevirin və barmaqlarınızın yerdəyişməsi ilə musiqi frazaları yaradın!

 

Taktile mərkəzi hissəsində yerləşən sensor panel, Kaossilator seriyasının cihazları tərkibində yaranmasından sonra populyar olan Touch Scale funksiyasını dəstəkləyir. Sadəcə olaraq melodiyanı seçilən tonallıqda ifa etmək üçün həssas səthə barmağınız ilə toxunmağınız bəs edər. Bu şəkildə siz musiqi frazalarını fortepiano klaviaturasında dayanmadan ifa etmək üçün yaddaşda asan qalan və intuitiv olaraq başa düşülən jestləri istifadə edə bilərsiniz. Bundan əlavə, taktile, yaddaşında 50 ritmik pattern olan arpeciator ilə təchiz olunub. Onun köməyilə siz, Kaossilator seriyasının cihazlarında işlədiyiniz kimi, öz sevimli virtual sintezatorlarınızın tembrləri ilə də ifa edə bilərsiniz.

 

Akkordları daxil etmək üçün trigger pedlərini istifadə edin

 

Panelin sağ tərəfində basma sürətinə həssas trigger pedlərinin iki bankı yerləşdirilibş, А və В. Bir halda ki bu pedlər ifa dinamikasını asanlıqla təyin edə bilirlər, zərbə və perkussion partiyaların proqramlaşdırılması heç zaman olmadığı kimi asan məşğuliyyətə çevrilir. Chord Scale funksiyası akkordları seçilmiş tonallıqda avtomatik olaraq generasiya edə bilir. Arpeciator və sensor panelin Touch Scale funksiyası ilə əlaqəli olaraq, bu, yeni pyesaları bir göz qırpımında bəstələməyə imkan yaradır. İstifadəçi pedlərə həmçinin klaviaturada götürülən akkordları təyin edə bilər ki, bu da alətin kreativ potensialını daha da genişləndirir.

 

Əzəmətli ifa xarakteristikaları ilə özüqayıdan klaviatura

 

Klavişli taktile USB-kontrolleri bütün dünyada yüksən populyarlıq qazanmış KingKORG və  KROME seriyasının alətlərindən götürülən özüqayıdan klaviatura ilə komplektləşdirilir. İstər 25, istərsə də 49 klavişli modeli seçməyinizdən asılı olmayaraq, klaviaturanın keyfiyyəti kompromissiz olaraq yüksək olacaq. Klaviatura, notları daxiletmə prosesinin öhdəsindən nəinki proqramlaşdırma vaxtı əla gəlir, həmçinin real zamanda onda ifa etməkdən əsl zövq almağı təmin edir.

 

Mouse əvəzinə istifadə oluna bilən sensor panel

 

Taktile USB vasitəsilə kompyuterə qoşularsa, şaquli prokrutkanı yandırmaqla iki barmağı və mouse ilə kliki imitasiya etmək üçün basmanı istifadə edərək sensor paneli noutbukda olduğu kimi istifadə etmək olacaq. İndi ifaçıya əlini alətdən çəkmək lazım deyil və bunun hesabına musiqi yaradıcılığı prosesinin icra qabiliyyətini əhəmiyyətli dərəcədə qaldırmaq olar.

 

 

Dəbli və funksional dizayn

 

KORG tactile korpusu ilk görünüşdən öz mat qara işləmi ilə diqqət cəlb edir. Yüksək kontrastlı orqanik işıq diodlu matriks displeyi kontroller qurğularının idarə edilməsinin asanlığını təmin edir. A və B trigger bankları üçün kontroller ilə iş zamanı rahatlıq dərəcəsini artıran və həmçinin xarici görünüşü daha dəbli edərək yaxşılaşdıran iki müxtəlif növlərin işıq diodları istifadə olunur. Konstrusiyada hətta ən xırda detallar belə nəzərə alınıb, məsələn, bütün girişlər sağ yan paneldə birlikdə qruplaşdırılıb, bu da özlüyündə arxa panelin səhnədə iş zamanı ideal xarici görünüşünü təmin edir.

 

KORG KONTROL Editor Proqramı Control Surface Plagini

 

KORG KONTROL Editor proqramı, istifadəçiyə kompyuter vasitəsilə bütün KORG tactile funksiyaları ilə idarə etməyə imkan yaradır. Məsələn, klaviatura üçün 8 ədəd əyri Velocity variantlarından birini seçmək, və ya Velocity üçün fiksə edilmiş əmsalı tətbiq etmək olar. Bundan başqa, proqram əlavəsi sensor panelin ayarlarına, trigger pedlərinə, slayderlərə girişi və həmçinin kontrollerlərə lazımı MIDI-ismarıcları təyin etmək imkanını təmin edir. Bir sözlə istifadəçi üçün maksimal rahatlığı olan iş sahəsini yaradır. Bütün işlənmiş ayarları bir səthdə yaddaşda saxlamaq olar. Ümumilikdə istifadəçi maksimum 8 səth yarada bilər. GarageBand/Logic üçün Control Surface plagini ilə iş zamanı əl ilə hansısa bir ayarlanmanı etməyə ehtiyac olmur. Sadəcə olaraq plagini öz Mac kompyuterinizə yükləyin — və yaratmağa başlayın!

 

Komplektdə heyrətamiz proqram təminatı dəsti

 

Taktile ilə istifadəçi dərhal olaraq zəngin lisenziyalı proqramlar seçilmişlərini və endirimli kuponları əldə edir. Korg M1 LE proqramından savayı, sözü gedən dəstə EZDrummer Lite, Ultra Analog Session, Strum Acoustic Session, Lounge Lizard Session proqramları, Ableton Live üçün endirim kuponu və Reason Limited proqram sekvensoru aiddir.

 

Lisenziyalı proqram təminatı bu ünvandan yüklənə bilər:

 

http://www.korg-license-center.com

 

 

 

http://www.korg.com/us/products/controllers/taktile/page_2.php

 

 

 

Spesifikasiya

 

KORG taktile-49

Klaviatura

49 özüqayıdan klavişlər (basma sürətinə həssas)

Arpeciator

6 növ, 50 ritmik patternlər

Trigger pedləri

16 (basma sürətinə həssas)

Ümumi təyinatlı kontrollerlər

8 düymə, 8 slayder, 8 çevrilən nizamlayıcı

DAW Transportu

7 düymə (MARKER, FORWARD, REWIND, PLAY, STOP, REC, CYCLE)

Başqa kontrollerlər

Çarx 1 (Pitch Bend), Çarx 2 (proqramlaşdırıla bilən)

Sensor panel

Touch Scale Rejimi/ Режим Control Rejimi / Track Pad Rejimi

Displey

128 х 64, orqanik işıqlı diodlar əsasında yüksək kontrastlıq

Kommutasiya

USB (Type B), proqramlaşdırıla bilən keçirici (dempferli pedala taz-tez basmanın imitasiya funksiyası dəstəklənmir), proqramlaşdırıla bilən pedal

MIDI

IN/OUT

Elektrik cərəyanı

USB

USB 2.0 uyğunlaşmış enerji adapterlərinin dəstəklənməsi (5 V daimi cərəyan, 550 mA və ya daha çox)

Tələb olunan cərəyan

500 mA və ya daha aşağı

Ölçülər

750 х 290 х 83 mm

Çəki

3.8 kq

Komplektasiya

İstifadəçi təlimatı, USB kabeli, KORG BUNDLE SOFTWARE – PIN-kartı

 

 

KORG taktile-25

Klaviatura

25 özüqayıdan klavişlər (basma sürətinə həssas)

Arpeciator

6 növ, 50 ritmik patternlər

Trigger pedləri

8 (basma sürətinə həssas)

Ümumi təyinatlı kontrollerlər

8 düymə, 8 slayder

DAW Transportu

7 düymə (MARKER, FORWARD, REWIND, PLAY, STOP, REC, CYCLE)

Başqa kontrollerlər

Çarx 1 (Pitch Bend), Çarx 2 (proqramlaşdırıla bilən)

Sensor panel

Режим Touch Scale / Режим Control / Режим Track Pad

Displey

128 х 64 точек, orqanik işıqlı diodlar əsasında yüksək kontrastlıq

Kommutasiya

USB (Type B), proqramlaşdırıla bilən keçirici (dempferli pedala taz-tez basmanın imitasiya funksiyası dəstəklənmir), proqramlaşdırıla bilən pedal

MIDI

IN/OUT

Elektrik cərəyanı

USB

USB 2.0 uyğunlaşmış enerji adapterlərinin dəstəklənməsi (5 V daimi cərəyan, 550 mA və ya daha çox)

Tələb olunan cərəyan

500 mA və ya daha aşağı

Ölçülər

531 х 290 х 72 mm

Çəki

2.5 kq

Komplektasiya

İstifadəçi təlimatı, USB kabeli, KORG BUNDLE SOFTWARE – PIN-kartı

 

 

 

Kompyuter üçün sistem tələbatı

 

Mac

Əməliyyat sistemi –  Mac OS X 10.6.8 Snow Leopard və ya daha yeni

Windows

Əməliyyat sistemi –  Microsoft Windows 7 SP1 və ya daha yeni (32 bit/64 bit)

 

 

Uyğunlaşan DAW-proqramları

 

* Cubase 7
 

* Digital Performer 8

 

* Garage Band 10

 

* Live 9
 

* Logic Pro XV

 

* Pro Tools 10
 

* SONAR X2
 

* Xarici MIDI idarəetməsini dəstəkləyən başqa proqramlar.

 

* Xarici görünüş və texniki xarakteristikalar ayrıca xəbərdarlıq olunmadan dəyişdirilə bilər.

Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

Brendlər

110
Brendlərin