Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG PADKONTROL BK MIDI STUDIO CONTROLLER

Rəqəm: D000451, Vendor şifrəsi: AXA902
€ 196.80 € 189.00

Malların mövcudluğu

Mövcüddur

Təsvir

PadKONTROL – Korg studiya MIDI-kontrollerləri ailəsində yenilik.

Bu qurğunun buraxılması ilə şirkət yeniliklər səviyyəsinin bir başqa səviyyəsinə çıxdı. padKONTROL – tarix boyu daha yeni xoş təəssurat bağışlayan və universal ped-kontrollerdir!

 

 

Zərbə və sempl səslərindən başqa, padKONTROL sizin istifadənizə proqram sintezatorları və effektləri, trigger lupları və videoklipləri təqdim edir və hətta rəqəmsal audio iş stansiyaları (DAW) üçün transport nizamlayıcısı kimi işləyir. Təyinatlı X-Y sensor panel kimi imkanlara malik

 

padKONTROL – təkrarolunmaz istifadəetmə sinonimidir. O həmçinin təbii səslənən çətin ritmik rəsmləri (fioritura ilə birli zərbələr və droblar), təyinatlı düymələr və ayaq pedalı üçün giriş, 16 işıqlanan və çox gözəl həssaslığı olan trigger pedlərini təmin edir.

 

 

Ritmi ver!

 

Kontroller, təbii, orqanik səslənən baraban bitlərinin yaradılması üçün idealdır. İstifadəçi, 16 pedlərdən hər biri üçün individual şəkildə notun təyinatını və MIDI-kanal verə bilər: bu yolla padKONTROL vasitəsilə sizin bir zərbə qurğusunu idarə etmək və ya öz ayarlamanızda onu eyni zamanda müxtəlif qurğuları istifadə etmək kimi əks etdirmək imkanınız olacaq. Hər pedin 8 müxtəlif dinamik əyrilikləri var, ancaq hər pedin fiksə olunmuş səviyyəsinin ayarlarını da tətbiq etmək olar. Bu sizin zövqünüzə görə bəzi alətləri ayarlamaq imkanı yaradacaq, bununla belə başqaları, pedlərin toxunma gücündən asılı olmayaraq  ideal həssaslıq ilə səsləndiriləcək. Korg padkontrol həmçinin bir barabanı səsləndirmək üçün çox sayda pedlərin ayarlanmasına imkan verir, ancaq hər dəfəsində müxtəlif, amma gözlənilən ifanı təmin edən müxtəlif fiksə olunmuş həssaslıq səviyyəsi ilə.

Pedləri necə ayarlamanızdan asılı olmayaraq siz, onların mükəmməl həssaslığını layiqli qiymətləndirəcəksiniz. Onlar çox gözəl əks sədalanırlar, hətta siz onların mərkəzinə basmasanız belə - başqa çoxsaylı sistemlərdən fərqli olaraq. Bu səbəbdən də padKONTROL-da pedlərin köməyilə iki əlli ifa etmək olar - həmişə əla nəticə ilə!

X-Y-ped həmçinin real zamanda vaxt quraşdırılmasına və mürəkkəb ritmik rəsmlərin dinamikasına nəzarət etməyə imkan verir. Soldan sağa hərəkət, drobun sürətini və ya fiortur notları arasında intervalı artırır. Yuxarı hərəkət drobun səslənməsini daha güclü edir və ya fiorituranın ikinci notunu qaldırır. Bu sözü gedən baraban texnikası növlərinin təbii səsləndirilməsinin son dərəcə ekspressiv və intuitiv üsuludur. padKONTROL-a hətta bas barabanın partiyalarını əlavə etmək və hətta opsiya ayaq pedalını istifadə etməklə "bağlı" hay-hetin səslənməsini imitasiya etmək olar.

 

 

 

İdarə et!


Zərbələr – hələ ki başlanğıcdır. padKONTROL-un hər pedinə MIDI-ismarıc təyin etmək olar və onlara momentary və ya toggle rejimini ayarlamaq olar. Sonradan göstəricini yalnız pedi basaraq deyil, həmçinin onu buraxaraq reallaşdırmaq olar – yəni ki DAW`un və ya sizin proqram sintezatorlarınızın istənilən funksiyas ilə idarə etmək üçün onları həm düymə həm də keçirici kimi istifadə etmək olar.

Tanınmış KAOSS texnologiyası əsaslı, Korg tərəfindən hazırlanmış X-Y ped-i real zamanda istənilən iki fasiləsiz işləmə kontrellərlərini tənzimləmək üçün proqramlaşdırmaq olar. Sintezatorda modulyasiyanın tənzimlənməsi üçün (bu halda Y oxu reverberasiya dərinliyini tənzimləyəcək) və ya filter kəsiyinin tezliyini və rezonans səviyyəsini və ya padKONTROL-da təəssuratlı ifa və geniş mikşerləmə imkanları üçün dileyin müxtəlif parametrlərini tənzimləməyi təmin edən X oxunu ayarlayın.

İki təyinatlı düymələr başqa MIDI-parametrlərin aramsız idarə olunmasını təmin edir. Bu kontrollerlərin istənilən birindən göndərilən əmsalları invertasiya etməkdə çətinlik çəkməyəcəksiniz – yəni siz onları gördüyünüz işə müvafiq olaraq nizamlaya bilərsiniz. Hətta Korg padkontrol ayaq pedalını isənilən parametr üçün momentary və ya toggle rejimlərinin keçiricisi kimi ayarlamaq. Bundan əlavə, pedal X-Y və trigger pedləri kimi xüsusi parametr verə bilər.

 

Bax!

 

Sizin işlərinizi dəqiq olaraq dəstəkləyən quraşdırılmış displey, pedi basır və ya kontrolleri qarışdırmağınızdan asılı olmayaraq hansı ismarıc və ya əmsalın göndərildiyini əks etdirir. padKONTROL pedləri əla vizualizasiyaya malikdirlər. Pedlər notlara təyin olunaraq basma zamanı işıqlanırlar, buraxıldıqda isə işıqlanma sönür. CC-ismarıca təyin olunan pedlər vəziyyətləri hər zaman görünsün deyə daimi işıqlanırlar. padKONTROL trigger pedlərinin üç işıqlanma variantını dəstəkləyir. Siz pedə toxunduğunuzda ikisi işıqlanmağa başlayır, üçüncüsü isə qurğu bir neçə dəqiqə ərzində işləmədiyi zaman avtomatik olaraq aktivləşir. Trigger pedlərinin heyrətamiz həssaslığı və işıqlandırma rejimi öz aralarında müştərəkləşirlər və sizin ifanız yeni səviyyəyə çıxır.

 

İdarə et!

 

Siz kontrolleri öz zövgünüzə uyğun ayarladığınız andan bütün ayarlama dəstini istifadəçi səhnəsi (User Scene) şəklində yaddaşa saxlaya bilərsiniz. padKONTROL-da 16 istifadəçi səhnəsi mövcuddur və onları pedlərin köməyilə operativ olaraq seçmək olar. Əlavə olaraq populyar musiqi kompyuter proqramlarına uyğun seçilən 30 preset səhnəsi var.

Korg padkontrol komplektinə pulsuz Editor/Librarian proqram təminatı daxildir. Kompyuter qrafikasının imkanlarını istifadə edərək Editor/Librarian proqram təminatı böyük səhnə bibliotekalarını asanlıqla yaratmaq, yaddaşa saxlamaq və təşkil etməyə imkan yaradır.

 

Bonuslar

 

Qurğu həmçinin son dərəcə sizin universal  kontrolleriniz ilə işləmək üçün Toontrack-dən olan EZ Drummer LE zərbə qurğusunun xüsusi  plagininə malikdir. Bu 260 MB həcmli plagin müxtəlif həssaslıq və mikrofonların yerləşmə opsiyalarına malikdir. Cəmi 2700 sempl mövcuddur, bu səbəbdən də siz, padKONTROL-da zərbə partiyalarının proqramlaşdırılmasına heç bir problem olmadan başlaya bilərsiniz.

 

Spesifikasiyalar öncədən xəbərdarlıq edilmədən dəyişdirilə bilinər.

 

Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

Brendlər

10
brendlərin