Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG MICROSAMPLER keyboard sampler

Rəqəm: D000688, Vendor şifrəsi: MicroSampler
€ 502.94 € 299.00

Malların mövcudluğu

Mövcüddur

Təsvir

Korg microSAMPLER klaviş sempleri

 

Kompakt klaviş sempleri – onunla hər şeyi istifadə etmək olar, ürəyiniz nə istəsə!

 

Kompakt və əzəmətli Korg seriyası olan "micro" inanılmaz dərəcədə sadə və asan qurğu ilə tamamlanıb. Çox rejimli sempllaşdırmağa malik, pattern-sekvensorlu və quraşdırılmış effektlərlə kompakt klavişli alət olan Korg microSAMPLER-i təqdim edirik – və bunların hamısı intuitiv aydın interfeyslə birləşərək, xüsusi olaraq canlı çıxışlar üçün nəzərdə tutulmuşdur.

 

 

 

Unikal yanaşma, ifanı dayandırmadan semplları yazmaq, redaktə etmək və klaviaturaya nəzərən yerləşdirməyə imkan yaradır.

 

Əsas imkanları

 

Korg microSAMPLER canlı ifa üçün yaradılıb. Adi, pedlərdən idarə olunan semplerlərə xas olan semplların yandırılma/söndürülməsindən başqa, o onların hündürlüyünü dəyişməyə, onlarla melodiya ifa etmək və hətta əldə olunmuş nəticəni resempllaşdırmağa imkan yaradır. Qızğın ifa üçün gərəkli olan bütün kontrollerlər, bilavasitə üz paneldə yerləşdiriliblər. Klavişlərdən hər birinə təyin olunan semplların statusu (həmçinin redaktə prosesində olanlar), bilavasitə klavişlərin üzərində yerləşən işıqlı diodlar vasitəsilə əks olunur ki bu da səhnədə mükəmməl vizual nəzarəti təmin edir.

Hər zaman, hər yerdə, hər şeyi  sempllaşdırır. Xətli və mikrofon girişləri praktiki olaraq istənilən siqnal mənbəyini istifadə etməyə imkan yaradır (elektron musiqi alətləri, CD disklər və insan səsləri daxil olmaqla). Dəstə qıvraq dirəkli "gooseneck" rahatlıq və operativlik təmin edən mikrofon daxildir. Siqnalın audiopleyerdən sempllaşdırılmasının rahatlığını təmin etmək üçün mikrofon girişinin yanında xüsusi yuva nəzərdə tutulub. Korg microSAMPLER batareyalardan işləyə bilər – bu yolla onu praktiki olaraq hər yerdə istifadə etmək olar. Bundan başqa quraşdırılmış resampling funksiyası ilk öncə artıq mövcud sempllar ilə partiyanı ifa etmək, sonra isə onu effektlər ilə işləmək, pattern-sekvensor ilə ritmik fon əlavə etmək və hamısını yeni sempl şəklində yaddaşa saxlamağa imkan verəcək! Gördüyünüz kimi bu yeniliklə proses, ifa prosesinin təbii hissəsi olur.

 

 

 

Beş sempllaşdırma rejimi - Həyatın bütün hallarına

 

Bir neçə rejim nəzərdə tutulub: ONE SHOT, GATE və ya LOOP, - real zamanda ifa imkanlarını olduqca genişləndirir.

 

. Əlavə olaraq, istifadəçiyə tamamilə iki yeni "KEY GATE" və "AUTO NEXT" (prosesi daha effektiv və yaradıcı etməyə imkan yaradacaqlar) əlçatandır.

 

- ONE SHOT – bir dəfəlik sempllaşdırma
note-off (notun çıxarılması) əhəmiyyətinə varmayan semplların yazılması üçün optimaldır, məsələn, zərbə alətlərinin və ya xarakterik orkestr akkordlarının semplları

 

- GATE – klaviaturada ifa etmək üçün sempllaşdırma
eyni semplin müxtəlif səslənmə hündürlüyü ilə Melodik klaviaturada yer aldığı partiyaların yaradılması üçün nəzərdə tutulub.

 

- LOOP – qruv və ya musiqi frazalarının sempllaşdırılması
Sikl olunmuş zərbə və ya vokal ilmələrinin tutulması üçün ideyaldır.

 

- KEY GATE – eyni mənbədən bir neçə semplların yazılması
KEY GATE rejimində siz, çıxan audiosiqnalın çoxlu fraqmentini sempllaşdıra bilərsiniz və bilavasitə sempllaşdırma prosesində müxtəlif klavişlərə təyin edə bilərsiniz! Klavişə basaraq istifadəçi, əvvəlki sempli yaddaşda saxlayır və növbəti gələnin yazılmasına başlayır. Semplların bu cür intuitiv yaratma, redaktə etmə və təyin etmə üsulu inanılmaz dərəcədə rahatdır və iş zamanı sadədir.

 

-AUTO NEXT – misiqi frazalarının avtomatik sempllaşdırılması
Qruvu qonşu klavişlərə təyin olunan ayrıca sempllar şəklində saxlamaq üçün AUTO NEXT seçin və audio materialın tempinə müvafiq olan tempi vermək üçün Tap Tempo düyəsini istifadə edin. Qurğu yazılmış musiqi frazasını avtomatik olaraq böləcək və əldə olunan semplları qonşu klavişlərə təyin edəcək. Bu halda hər birinin uzunluğu bir altmış dördüncü notdan iki takta qədər təşkil edə bilər. Beləliklə, AUTO NEXT, əvvəl təsvir olunmuş KEY GATE-ə çox oxşayır, ancaq avtomatik işləyir.

 

Yaradıcı potensialını artırmaq üçün mükəmməl sempllaşdırma

 

Korg microSAMPLER, tam funksiyalı professional qurğu kimi Normalize və Truncate redaktəsinə və həmçinin səsin səviyyəsini dəyişmədən tempi azaltmaq və sürətləndirmək funksiyası olan Time Stretch funksiyasına malikdir. 48 kHz, 24 kHz, 12 kHz və 6 kHz tezlikləri mövcuddur, bu da müasir CD keyfiyyətində sempllaşdırma kimi Lo-Fi üslubunda "vintaj" yazmanı da reallaşdırmağa imkan yaradır. Rahatlığa baxmayaraq, hər bankda 36-ya kimi sempl (maksimum təxminən 160 san 48 kHz tezliyində monofonik yazma) və on altı sekvensor patternləri saxlanıla bilər. Alətin daxili yaddaşı səkkiz belə bank üçün nəzərdə tutulub.

 

 

Çətin musiqi frazalarını tez və rahat yaratmağa imkan verən yatırım ilə iş rejimini istifadə edir. İfa zamanı patternlər arası keçirmə tikişsizdir, bu da ifa arsenalını əhəmiyyətli dərəcədə genişləndirir. Hər bankda 16 patternə kimi saxlamaq olar (hər birinə 16 000 not, maksimum 64 000).

İyirmi bir güclü işlənmə effekti

Korg KAOSS PAD seriyalı qurğulardan götürülmüş effektlər blokunun tərkibində çoxlu sayda maraqlı işlənmə alqoritmləri var, bu isə vacibiyyəti heç də az olmayan fakt deyil! Siyahıya 21 effektdən yalnız ənənəvi Chorus və Delay deyil, həmçinin KAOSSILATOR sintezatorunun Loop Recording funksiyasından  islah edilmiş RingModulator, Grain-Shifter və hətta Looper kimi ekzotikalar daxildir.

Yeni, basma sürətinə həssas, kompakt klaviatura

Korg microSAMPLER, ifaçı üçün əsl həzzə çevriləcək rahat miniatür aktiv klaviatura ilə təchiz olunmuşdur. Qara və ağ klavişlər arasında aparılan bəzi proporsiya işlərinin sayəsində biz, akkordlarla ifa zamanı təbii təəssurata nail olduq, təkmilləşdirilmiş mexanika isə sürətli ifa zamanı problemlərdən narahat olmamağı təmin edir. Forması "qutuvari" olan klavişlər, əla görünürlər və heyrətamiz asanlıqla qlissando ifasına imkan yaradırlar.

USB portu və proqram redaktoru/bibliotekar – məlumatları kompyuterdə saxlamaq üçün

Dəstə daxil olan proqram-redaktor, kompyuterdə sonsuz sayda sempl saxlamağa imkan verir. İstifadəçi, onları kompyuterə USB çıxışı ilə ata bilər, kompyuterdən qurğunun yaddaşına yükləyə bilər və pattern-sekvensorun arxiv məlumat nüsxələrini yarada bilər. Bundan başqa, WAV/AIFF formatlarında məlumatların import və eksportu dəstəklənir.

 

 Spesifikasiya

 

Klaviatura: basma sürətinə həssas 37 Natural-Touch miniatür klavişlər

 

Banklar: 8 istifadəçi (A-H), 1 yenidən yazılmayan

 

Sempler- Sempllaşdlrma rejimləri: LOOP/ONE SHOT/ GATE/ AUTO NEXT/KEY GATE
 

- Mənbələr: audiogiriş (MIC/LINE), resempllaşdırma
 

- Tezliklər: 48 kHz /24kHz /12 kHz /6 kHz

- Zaman: təxm. 1 bank üçün 160 san (159,7 san 48 kHz tezliyində monofonik yazılma)

 

Sempllarən səsləndirilmməsi
 

- Polifoniya: maksimum 14 not (Time Stretch funksiyası ilə işləmə zamanı 7 not)
 

- Semplların səsləndirilmə tezliyi: 48 kHz

 

Semplerin pattern-sekvensoru
 

- Patternlərin sayı: hər bank üçün - 16
 

- Notların maksimal sayı: təxm. 64 000 not hər bank üçün (maksimum təxm. hər patterna 16 000 not)
 

- Təmizlik: 4/1-nə 96 tik
 

- Hər patternə taktların sayı.: 1 - 99
 

- Yazma rejimi: real zamanda yazma

Effektlər
-Struktura: 1 master-effekt. Sempllaşdlrma prosesində ya master-effekt seçilir, ya da bölgü effekti

-Effektlərin alqoritmi: 21 növ

 

Girişlər
 

- AUDIO IN (L/MONO, R, arxa panel) = Giriş: 1/4" cek(qeyri-simmetrik), maksimal giriş səviyyəsi: -17 dBu (GAIN zamanı): maks., giriş müqaviməti: 7 kОm
 

- AUDIO IN (MIC – qabaq panel) = Giriş: XLR (simmetrik), maksimal giriş səviyyəsi: -40 dBu (GAIN zamanı): maks, mənbənin giriş müqaviməti: 14 kОm

 

Çıxışlar

 

OUTPUT (L/MONO, R) = Girişlər: 1/4" cek (qeyri-simmetrik), maksimal giriş səviyyəsi: +4 dBu 10 kОm gərginlikdə, Çıxış müqaviməti: 1 kОm0111
 

Qulaqcıqlar= Giriş: 1/4" stereo cek, maksimal giriş səviyyəsi: 10 mWt + 10 mWt 32 Оm gərginlikdə, Çıxış müqaviməti: 10 Оm
 

MIDI Girişlər: IN, OUT
 

USB Girişi: B növü
 

Displey: ayarlanan, maye kristallı
 

Enerji: - 9 V (batareyalarla: altı АА formatlı qələvili), batareyalardan işlədiyi zaman: təxm 3 saat.

Semplerin ölçüləri: 516 x 238 x 65 mm
 

Çəkisi: 1,9 kq
 

Aksessuarları: enerji adapteri, mikrofon

 

microSAMPLER Editor/ Librarian Proqramı
Sistem tələbatı

 

Windows:

  • Kompyuter
    Kompyuter, ОС Windows XP/Vista sistem tələbatını dəstəkləyən, USB portla təchiz olunmuş
  • Əməliyyat sistemi
    Microsoft Windows XP (SP3 və ya yenisi), Windows Vista (SP1 və ya yenisi)

 

Macintosh:

  • Kompyuter
    Kompyuter Apple Macintosh, sistem tələbatını dəstəkləyən Mac OS X, USB portla təchiz olunmuş
  • Əməliyyat sistemi
    Mac OS X versiyası 10.4 və ya yenisi

 

* Xarici görünüş və texniki xarakteristikalar əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

 

Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

Brendlər

109
Brendlərin