Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG DIGITAL PIANO LP-380BK

Rəqəm: 212359, Vendor şifrəsi: 100013139000
€ 1027.15 € 959.00

Malların mövcudluğu

Mövcüddur

Təsvir

Rəqəmsal fortepiano.

Eleqant və dəbli korpus işləmli royalın autentik səsi.


LP-380 seçilən üstünlükləri — bu royalın əsrarəngiz səsi və korpusun aşağıprofilli zərif dizaynıdır. Hamar səthli korpus hətta klaviaturanın qapağı bağlı olarkən belə dəbli xarici görkəmə malikdir. Möhkəm gücləndici və dinamiklər, royalın səsini kəskin olaraq real səsləndirirlər, çəkicvari Korg RH3 klaviaturası isə ifanın təkrarolunmaz ifadəliliyinə zamindir.

 



Əsas üstünlüklər:
 

- Dəbli və eleqant dizayn

 

- Akustik royalın zəngin və ifadəli səsi
 

- Səsi yuxarı səviyyədə səsləndirən möhkəm gücləndirici

 

- Çəkicvari RH3 (Real Weighted Hammer Action 3) klaviaturası
 

- İri olmayan ölçülər və çəki

 

- Yarıpedallama imkanı olan üç pedal
 

- Kiotoda (Yaponiya) təcrübəli ustalar tərəfindən hazırlanan yüksək keyfiyyətli alət

 

Dəbli dizayn
 

LP-380 — təkrarolunmaz dəbliliyi ilə seçilən və istənilən otağın interyerinə orqanik yaraşan rəqəmsal pianodur. Korpusun dərinliyi cəmi 26 sm-dir, bu səbəbdən alət çox yer məşğul etmir. Klaviaturanın hamar səthi təkrarolunmaz görünüşü təmin edir və alət bağlı və istifadəsizdirsə artıq diqqət cəlb etmir. Kostruksiyanın təhlükəsizliyi baxımından qapağın emal örtülməsi mexanizmi tətbiq olunub.

İncə və dəbli korbus özlüyündə davamlılıq və aliliyi birləşdirir. Çəkicvari RH3 klaviaturası, üç pedal və böyük diametrli dinamiklər, fortepianonun zəngin səslənməsini və alətdə təbii ifanı təmin edir. Korpusun iki rəng işlənməsi variantları nəzərdə tutulub: ağ və qara.



Yapon ustalarının bacarıqlı işi
 

Populyar RH3 klaviaturalı prestij rəqəmsal LP-380 pianosu Kiotoda (Yaponiya) ixtisaslı və yuxarı keyfiyyətli rəqəmsal musiqi alətləri yaratmaq təcrübəsinə malik ustalar tərəfindən hazırlanır.

Korg-un məqsədi  – alıcı tələbatını təmin etməkdir, və şirkət qürurla musiqişilərin uzun illər ifasından həzz ala biləcəkləri  pianonu təqdim edir.

 

İfadan həzz almaq üçün fortepianonun gözəl səs tembri

 

Alətin səsini akustik fortepianonun səsini mümkün qədər maksimal yaxınlaşdırmaq üçün ifanın dinamikasından asılı olaraq dörd müxtəlif sempllar arasında keçirici istifadə olunur. Ən incə pianissimodan ən güclü kreşendoya kimi — bu alətin səsi ifanın ən xırda amillərinə hər zaman dəqiq reaksiya verir. Xüsusilə Classic Piano və Grand Piano tembrləri, ümumi səslənməni daha xoş və təbii edən akustik fortepianonun sağ pedalının basılması zamanı yaranan simpatik rezonans effektini real olaraq səsləndirirlər.

 

 

Klassik elektropiano modellərinin autetik tembrləri

 

Korg şirkəti, musiqi alətlərinin aparıcı istehsalçısı olaraq elektropiano səslərinin yaradılmasına hər zaman böyük diqqət ayırıb. Onlarda yuxarı dərəcəli etibarlılıq ilə ifanın dinamikasından asılı olaraq nəinki tembrin, lakin həmçinin  klavişdən əli götürdükdə yaranan əlavə səslərin dəyişilməsi reallaşıb. Ümumilikdə elektropiano tembrinin altı müxtəlif növü mövcuddur — 60-70-ci illərin pop-musiqisinə xas olan səslərdən tutmuş soul üslubunda geniş istifadə olunan orijinal tembrlərə qədər.  

 


30 yüksək keyfiyyətli tembrlər
 

LP-380, ifaçıya, tərkibində akustik fortepiano və elektropiano olan otuz yüksək keyfiyyətli və yüksək ifadəliliyə malik tembr təklif edir. Həmçinin bir tembri digərinə yatırmaq üçün Layer rejimi və əlavə olaraq iki nəfərin (məsələn – pedaqoq və tələbə) eyni zamanda bir diapazon səviyyəsində ifası üçün klaviaturanı sağ və sol yarım hissəyə bölən Partner rejimi nəzərə alınıb. Bundan savayı LP-380 aləti, ikili qulaqcıq çıxışı ilə təchiz olunub. İfaçı alətin doqquz sazlanmasından birini seçə bilər ki bu da müxtəlif tarixi epoxa musiqilərinin ifası zamanı autentik səslənməyə nail olmağa imkan yaradacaq.


 

Üç effekt
 

Üç işlənmə effekti mövcuddur: səslənmənin parlaqlığını artırmaq üçün Brilliance, konsert zalının təbii exosunu canlandıran Reverb və daha dolğun səsi almaq üçün Chorus000.

 

Möhkəm gücləndirici və təbii səslənmə üçün dinamiklər
 

Gücləndirici (22 Wt x 2), doğun səsi, səs ifasının aşağı tezliklərini, şəffaf yuxarı və dərin rezonansı ehmalca səsləndirərək öz sinfində səslənmənin maksimal yuxarı səviyyəsini təmin edir. Korpusun içində rezonansın hesabına səslənmənin daha çox dərinliyini təmin edən iki böyük dinamik yerləşdirilib (10 sm).

Dinamiklərin klaviaturanın altında yerləşməsi, səsin dəqiq bir nöqtədən deyil, əksinə alətin tam səslənməsi təəssuratını bağışlayır. Ele bil ki siz, real akustik fortepianoda ifa edirsiniz.

 

İfa zamanı təbii təəssurat bağışlayan Real Weighted Hammer Action 3 klaviaturası

 

Real Weighted Hammer Action 3 (RH3) klaviaturası, aşağı registrda ifa zamanı daha ağır əks-davranış göstərərək və yuxarı keçdikdə daha yüngül basma daxil olmaqla akustik royal klaviaturasının bütün xarakteristikalarını son dərəcə dəqiq canlandırır. Təkmilləşdirilmiş repetisiya mexanizmi ən tez passajların rahat ifasını təmin edir. Key Touch Control funksiyası klaviaturanın üç «codluluq» səviyyəsindən birini seçmək imkanını nəzərə alıb ki, bu da aləti pianoçunun individual seçiminə uyğun adaptasiya etmək imkanı qazandırır. Çəkicvari mexanizmdə qurğuşun istifadə olunmur, bununla da alət ətraf mühitə tamamilə təhlükəsizdir.

 


Azaldılmış ölçülər və çəki
 

Öncəki modelə nisbətən (LP-350) alətin rahat daşınması və ya başqa yerə yerləşdirilməsi məqsədilə LP-380 otaq daxili çəkisi əhəmiyyətli dərəcədə (təxm. 5 kq) azaldılıb — bununla, alətin daşınması və yığılması daha rahat və təhlükəsiz olub.
 


LINE OUT çıxışı
 

LINE OUT çıxışı (stereo mini-cek), aləti xarici akustik sistemlərə və ya yazma qurğusuna qoşmaq üçün istifadə olunur.

 

Metronom
 

Quraşdırılmış metronom lazım olan temp, səs səviyyəsi və musiqi ölçüsünü quraşdırmağa imkan yaradır. Əlavə olaraq ifaçı, birinci hissənin səslənməsini ayırmaq üçün zınqırov səsini istifadə edə bilər.



 

Əla pedal bloku
 

LP-380 rəqəmsal fortepiano, konsert royalı kimi, sol və sağ pedal üçün yarıımpedallama texnikasını istifadə edərək ifa imkanını dəstəkləyən üç pedal ilə təchiz olunub. Pedallar möhkəm olaraq LP-380 korpusuna bərkidilib və ifa zamanı maksimal canlılıq təəssuratını təmin edirlər.

 

MIDI-uyğunluq
 

LP-380 rəqəmsal pianosu MIDI protokol (elektron musiqi alətləri ilə kompyuter arasında məlumatların mübadiləsi üçün unifikasiya edilmiş standart) ilə işi dəstəkləyir. MIDI protokolu, qurğular ilə məsafədən idarə etməyi təmin edir, və həmçinin LP-380-ı 16-partiyalı çoxtembrli səs modulu kimi  istifadə etmək imkanını yaradır.

 

 Spesifikasiya


Klaviatura: 

88 klaviş (A0 — C8), çəkicvari, RH3 (Real Weighted Hammer Action 3)


Həssaslıq:
 

Yüksək, standart, aşağı

 

Yuxarılıqla idarə:
 

Köçürmə, dəqiq sıraya düzülmə


 

Temperasiya:
 

9 düzülüş

 

Səsin generasiya sistemi:
 

Stereo Piano System

 

Maksimal polifoniya: 
 

120 səs

 

Tembrlər: 
 

30 (10 x 3 bank)
Acoustic Piano x 5, Electric Grand, Electric Piano x 6, Harpsichord, Clavi x 2, Vibraphone, Marimba, Acoustic Guitar, Jazz Organ x 3, Pipe Organ x 3, Strings x 3, Choir 3


 

Effektlər: 
 

Brilliance, Reverb и Chorus (hər birinə 3 səviyyə)

 

Nümayiş olunan mahnılar: 
 

30 (tembrlərin nümayişi x 10, fortepianonun nümayişi x 20)

 

Metronom:
 

Temp, ölçü, aksent, tembr, səs səviyyəsi

 

Kommutasiya: 
 

Xətli çıxış , giriş/çıxış MIDI, qulaqcıqlara 2 çıxış, pedal girişi, Speakers çıxışı, enerji blokuna giriş DC 19 V

 

Gücləndirici:
 

 22 Wt х 2

 

Dinamiklər: 
 

2 х 10 sm

 

Pedallar:
 

Damper*, Soft*, Sostenuto
* Yarımpedallama dəstəklənməsi daxil


 

İdarəetmə:
 

Power düymələri, Volume, Piano Song, Transpose, Function, Touch, Brilliance, Reverb, Chorus, Bank, Sound x 10, Up, Down, Metronome

 

Enerji mənbəyi: 
 

19 V daimi cərəyan, adapter (komplektə daxildir)

 

Enerji istifadəsi:
 

15 Wt

 

Ölçüləri: 
 

1,355 х 351 х 772 mm
1,355 х 351 х 936 mm (açıq halda)


 

Çəkisi: 
 

37 kq (dirəklə)

 

Rəng variantları:
 

Qara (LP-380-BK), ağ (LP-380-WH)

 

Aksessuarlar:
 

Enerji adapteri, dirək


Xarici görünüş və texniki xarakteristikalar xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

 

Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

KORG DIGITAL PIANO LP-380BK

€ 1027.15 € 959.00

Brendlər

110
Brendlərin