Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG PA3X-76 professional interactive workstation76 key

Rəqəm: 206176, Vendor şifrəsi: 310011002000
€ 2729.76 € 1999.00

Malların mövcudluğu

Mövcüd deyil

Təsvir

Professional aranjeman iş stansiyası

 

Daha mükəmməl!  Pa Korg seriyasında yeni Pa3X flaqman modeli yarandı – daha realistik, güclü və istifadədə sadə iş stansiyası. İllər əsnasında Pa Korg interaktiv iş stansiyalarının mükəmməl və uğurlu yolu oldu. Ancaq Korg şirkəti yenidən mükəmməllik ərsəyə gətirmək üçün daha realistik və zəngin səslənməsi olan, yeni səs çalarları yaratmağa malik Pa3X modelini təqdim etdi. Dinləyin və həzz alın!

 

 

Mükəmməl Pa3X özəllikləri: 

 

• Mükəmməlləşdirilmiş RX (Real eXperience) səs modulu Korg SV-1 Stage Vintage və Ambience Drums piano tembrlarını özündə əks etdirərək daha realistik səslənmənin yaradılmasını təmin edir.

 

• Daxili yaddaşın böyük həcmi və 256 MB PCM- istifadəçi göstəriciləri (512 MB ekvivalentli) daxilində ən yaxşı səslənmə keyfiyyəti saxlayan bənzərsiz yaddaş təmin edir.
 

• Üç təyinatlı keçirici, coystik və unikal lentli konroller səsin (DNC) bir neçə artikulyasiya səviyyələrinin ümumi idarəsini təmin edir.
 

• Dinamik həssaslı və toxunuşa həssaslı 61 və ya 76 klavişli özüqayıdan klaviaturanı seçmək imkanı.

 

• Eleqant dizayn və davamlı alüminium kabinet.

 

•  TouchView™ TFT-displeyi; 76 klavişli model çevrilən displey ilə təchiz olnub.

 

• Musiqi mənbələrinin rahat axtarışı üçün Search funksiyalı professional qrafik interfeys.

 

• Easy Connect (əlavə qoyucu, kabel və ya enerji blokuna eytiyac yoxdur) sistemli Korg gücləndirici/dinamikin yüksək keyfiyyətli opsiya paneli.

PCM göstəricilərin özüyenilənən yaddaşı – Intelligent Re-Charge - patentləşdirilmiş sistemin dəstəklənməsi, tez işə salmanı təmin edir.

 

• Mükəmməlləşdirilmiş üslub dəstləri və performanslar; hər biri 4 Fill In + Break  və 4 variantdan ibarət 400-dən çox daxili üslublar; sonsuz sayda seçilmiş və ya istifadəçi tərəfindən yaradılmış üslub və ayarların yaddaşda saxlanılması üçün 15 istifadəçi bankı.

 

• Gitara partiyalarının daha realistik ifası üçün mükəmməlləşdirilmiş Guitar Mode 2 rejimi.

 

• Chord Sequencer funksiyası real zaman rejimində akkordların proqressiyasının yazılması üçün nəzərdə tutulub.

 

• Universal master-effekt və qoyma effektlər daxil olmaqla, eynizamanda üslub və mahnıları marşrutizasiya etməklə 8 stereoeffektlərə qədər tətbiq etmək olar.Tanınmış SV-1 vintajlı səhnə fortepianosundan götürülən yeni Vintage Effects effektləri.
 

• Xüsusi Prosessorun effektləri ilə yeni TC-Helicon® prosessoru (mükəmməlləşdirilmiş VoiceLive2). •  Adaptive Mic Setting funksiyası ekvalayzer/kompressor/geyt üçün optimal ayarlanmanın avtomatik həyata keçirilməsi üçün «virtual səs mühəndisi» yaradılmasını təmin edir.

 

•  “MaxxAudio ™ ” qrupundan olan “Waves Audio”  plaginlərindən götürülmüş Professional Final Mastering alətləri.

 

• Advanced Vocal Remover funksiyalı yeni MP3/MIDI fayllarının səsləndiricisi və rekorderi.
 

• MIDI və MP3 faylları üçün mahnı mətnlərinin qrafik formatda əks olunmasının mükəmməlləşdirilmiş uyğunluğu.

 

•  Prosessora göndərmək üçün MP3 fayllardan ibarət akkordları avtomatik təyin edən Yeni Audio Chord Detection funksiyası.

 

• GM mahnıları üçün səslərin mükəmməlləşdirilmiş uyğunluğu.

 

• Çoxdilli simvolların əlavə olunması imkanı. Mahnıların mətni orijinal dildə əks olunur (şərq və ərəb dilləri əks olunmur)

* 16-bit xəttli göstərici keyfiyyətinin hesabı ilə

 

**Mümkün dilləri yoxlayın

 

Pa3X
 

Korg aranjemanlar üçün daha uğurlu və populyar klaviş modellərinin yaradıcısıdır. Dünya üzrə on minlərlə musiqiçilər tərəfindən istifadə olunan Korg aranjeman stansiyaları ifaçıları cəzb etdiyi kimi, dinləyiciləri də səslənməsinin bənzərsiz keyfiyyətinin sehrli uyğunluğu və rahat idarəetməsi ilə cəlb edir. Korg RX (Real eXperience) texnologiyası professional aranjeman stansiyalarının yeni standartının yaradılması üçün şirkətin zəngin tarixini, yeni texnologiyaları və musiqiçilərin arzularını birləşdirməyə imkan yaratdı.

 

Nəticə olaraq ən yeni texnologiyaları və əla dizaynı özündə birləşdirən Korg Pa3X modeli ərsəyə gəldi.

 

İki variant


Pa3X modeli iki konfiqurasiyada mövcuddur. Onlardan biri 61 klavişli kompakt və yüngül klaviaturanı özündə əks etdirir. Həmçinin özüqayıdan klavişləri və çevrilən displeyi olan 76 klavişli model də mövcuddur. Klavişlərin sayından asılı olmayaraq bu modellər notları söndürüb/yandırmağın təbii dinamik həssaslığına və həssas toxunuşa malikdirlər. Onlar yeni başlayanlar üçün hazırlanıblar, ancaq professional ifaçıların yuxarı tələb göstəricilərinə tam olaraq cavab verirlər.

 

İlk təəssurat
 

Eleqant alüminium korpus və rahat istifadəçi interfeysi yaradıcıların əla zövgünün göstəricisidirlər. Əsas panel, slayderlərin və nizamlayıcıların erqonomikliyini və həmçinin onların daha intuitiv idarəetməsini təmin etmək üçün optimizə olunub. Qrafik istifadəçi interfeysi həm də qrafik, rəngli sensor TFT ekranı hesabına yeni ikonların və obyektlərin əlavə olunması ilə yenilənib. İndi ekranda daha vacib funksiyalara dərhal daxil olmağı təmin edən yeni yan artımları əks olunur. Yeni Search funksiyası ifa zamanı lazımı məlumatların və ayarların axtarışını asanlaşdırır. 76 klavişli Pa3X modeli həmçinin çevrilən displey ilə təchiz olunub! Gücləndirici/dinamikin opsiya paneli xüsusi olaraq klaviaturaya birbaşa qoşulmaq üçün yaradılıb. Evdə və həm də səhnədə istifadəsi rahat olan PaAS paneli Korg sadə qoşulma sistemi istifadə edir: indi sizə təmiz tamdiapazonlu səslənmə yaratmaq üçün əlavə qoyucu, kabel və ya enerji bloku lazım deyil.

 

Səslənmənin əsrarəngiz keyfiyyəti
 

Pa3X səslənməsinin yuxarı keyfiyyəti üçün onun tərkibində olan EDS (Extended Definition Synthesis) Korg səs modulu istifadə olunur. RX (Real eXperience) – Korg texnologiyası və DNC (Defined Nuance Control) sistemi, ifaçıya xırda məqamları və səslənmənin artikulyasiya anlarını aydın və dəqiq çatdırmağa şərait yaradaraq bu qüclü səs modulunu mükəmməlliyə çatdırmağa imkan verir. Coystiklə idarə üçün əlavə olunan təyinatlı keçiricilər və lentli kontroller, idarəetməni mükəmməlləşdirməyə və ifanın ekspressiyasını gücləndirməyə imkan yaradır. Tanınmış musiqiçilərlə iş birliyinin sayəsində, indi alətin tərkibində daha təbii, detallı tembrlar var. Yeni stereoroyal tembrı (simli və dempfer canlılığının rezonansı ilə) daxil olmaqla 1100-dən çox tembr və tanınmış KORG SV-1 modelindən götürülmüş elektropiano tembrı; nəfəs alətlərinin yeni tembri, boğucu bas-gitara və gitara; həmçinin notun yandırılma/söndürülmə səsləri ixtisar olmaqla yeni rəqəmsal registrlər – bütün bunlar inanılmaz ifa üçün əla əsas yaratmağı təmin edir. 100-dən çox zərbə səsləri dəsti, yeni Real Ambience Drumkits zərbə tembrları daxil olmaqla, ritmik passajları canlandırmağa və səs səviyyəsi, yuxarı ton, ekvalayzer və s. tam idarəsini təmin edən Drums Family Easy Editing redaktə funksiyasının köməyilə sözün əsl manasında autentik səslənməni yaratmağa imkan yaradacaq.


256 MB (PCM istifadəçi yaddaşı) həcmli geniş yaddaş, opsiya olan EXB-M256 genişləndirmə platasının köməyilə 512 MB qədər artırıla bilər (16 bit xəttli göstəricilər hesabı ilə). İndi siz, öz yaratdığınız səsləri daha çox kəmiyyətdə yaza bilərsiniz. Alətdə tətbiq olunmuş daha bir yenilik, bütün orijinal və istifadəçi PCM göstəriciləri üçün olan, Pa3X işə salınmasını və ayarlarını tezləşdirməyə imkan yaradan özüyenilənən batareyadır. İntellektual artıq cərəyan alma sistemi isə batareyanın daimi lazımı cərəyan altında qalmasını təmin edəcək. Daxili sempler indi Sound Compression (itkisiz, 1:2 koeffisiyentli) aləti ilə təchiz olunub. Pa3X həmçinin Korg, WAV, AIFF və Akai sempllarını yükləmək/import etmək və WAV və ya AIFF formatlı faylları eksport etmək imkanına malikdir. İndi siz tembrı tam olaraq redaktə edərək hər not üçün 24 generatoracan istifadə edə bilərsiniz! General MIDI (GM) səslər bankının mükəmməlliyi GM fayllar ilə uyğunluğu yaxşılaşdırmağa imkan yaratdı.

 

Studiya keyfiyyətinin effektləri
 

Yuxarı keyfiyyətli effektlərin istifadəsi sizin səsləndirməniz üçün nəinki xarici parıltı əlavə edəcək, həmçinin sizin treklərin daha maraqlı səsləndirməsini yaradacaq. Korg inanılmaz effektlərin istifadəsinə görə tanınır, Pa3X modeli isə özündə bu Korg effektlərinin ən yaxşı bibliotekasını cəmləşdirir. Eyni zamanda istifadəsi üçün 8 rəqəmsal multieffektlərin stereoprosessorları mümkündür. Effektlərin bibliotekası, standart reverberasiya və ləngimə-dən başlayaraq qeyri adi effektlərə kimi 140 növdən çoxdur və bunlara vokoder, həmçinin SV-1 vintaj pianosundan götürülmüş yeni vintaj effektləri də daxildir. Bəzi effektlər bir alət ilə istifadə etmək üçün uyğundur, eyni zamanda digərləri ümumi passaja yekun çalarlar və teksturanı əlavə edir. Həmçinin sənaye lideri olan Waves Audio şirkətinin Pa3X modelinə daxil etdiyi effektləri vurğulamaq vacibdir. Beləliklə təsvirində «səs işlənməsi alətlərinin yeni nəsli» formulasını istifadə edən MaxxAudio™ - tam effektlər dəsti Pa3X tərkibinə daxildir. Bu daxil edilən effektlər, güclü, dolğun və təmiz səslənmə ilə bənzərsiz ifa təmin edərək MaxxBass™, MaxxVolume™, MaxxEQ™, MaxxTreble™ və  MaxxStereo™ effektlərini də özündə birləşdirir.

 

TC-Helicon®  səs prosessoru
 

Korg-un bu şirkət ilə uzun müddətli və səmərəli iş birliyi nəticəsində vokal işlənmənin qəbul olunmuş şedevri olan TC-Helicon® Pa3X prosessoru oldu. Yeni xarakteristikalara və alqoritmlara malik, tonun yuxarılıqlarının mükəmməl korreksiyası daxil olmaqla, TC-Helicon® prosessoru bənzərsiz səslənmə keyfiyyətini təmin edir. MIDI klaviatura və MP3 girişinin köməyilə 4 realistik tembrların və 2 cüt harmoniklərin istifadəsi və idarəsi mümkün oldu. Yeni Audio Chord Detection funksiyasının köməyilə akkordlar audiofayldan avtomatik olaraq çəkilə bilir və prosessora ötürülə bilir. Eləcə də Reverb, Delay, µMod və xüsusi effektlər olan Megaphone, Hardtune daxil olmaqla 5 effekt bloku mümkündür. Adaptive Mic Setting, mikrofonu XLR/Combo simmetrik girişinə qoşmaqla dərhal RX texnologiyasını aktivləşdirməyə imkan yaradan xüsusi funksiyanı özündə əks etdirir. Bu rahat funksiya xarici siqnalı və vokal ifanı həfifləşdirmək və ona studiya işlənməsinin keyfiyyətini vermək üçün Adaptive Gate, EQ, Compression və De-Esser kimi səs ayarlarının parametrlərini idarə etməyə imkan verir. Adaptive Mic Setting, unikal Korg funksiyasıdır!

Professional vokal ifası yaratmaq üçün panelə ifanın daha vacib funksiyalarını idarə edən 3 requlyator və 3 düymə əlavə olunub.

 

Üslubların istifadəsi
 

Pa3X, hər biri özündə müəyyən musiqi üslublarını yaratmaq üçün təyin olunan tamfunksiyalı musiqi mühiti əks etdirən 400-dən çox üsluba malikdir. Üslubların belə böyük seçimi qarşısında ifaçı, həmişə istənilən musiqi janrında işləmək üçün lazımı material tapa bilər. Üslublardan hər birinin tərkibində hər varianta biri olan 4 Fill In + Break patternləri daxildir. Auto Fill funksiyasının istifadəsi üslub variantları keçirərəkən patternlərdən birini avtomatik qəbul etməyə imkan verir. Korg hazırlayanları komandası bir çox yeni üslublar yaratdı və tanınmış üslubları yeni tembrların və yeni effektlərin köməyilə mükəmməlləşdirdi. Pa3X sizə özünüz tərəfindən yaradılan yeni üslubları və ayarları yaddaşda saxlamaq üçün 1200 xana təklif edir. Guitar Mode 2 rejimi gitara treklərinin professional və onları hər stildə daha zəngin və autentik edərək realistik səslənməsini təmin edən yeni qabaqcıl parametrlərə malikdir. Chord Sequencer yeni funksiyasının köməyilə isə siz, ifa zamanı dayanmadan akkordların proqressiyalarını yaza və parallel olaraq akkordların sekvensiyaları ilə ifanı davam etdirə bilərsiniz.

Səsləndirici/sekvensor
 

Korg XDS Crossfade Dual Sequencer populyar səsləndirici, indi digər formatlar sırasında MP3 və MIDI faylları oxutmaq üçün “+G”  formatını dəstəkləyir. Bu funksiya, eyni zamanda mahnıların mətnini və partiturları quraşdırılmış TFT ekranda və xarici monitorda (quraşdırılmış VIF4 opsiyası ilə) əks etdirərək sekvensiyaları ifa üçün istifadə etməyə imkan yaradacaq. Həmçinin mahnıda seçilmiş nöqtəyə birbaşa keçmək üçün Marker və Score Viewer funksiyaları əlavə olunmuşlar. İki fərqli MP3 və ya MIDI fayllar eyni zamanda səsləndirilə, yerləri dəyişdirilə, tezləşdirilə və yavaşıdıla bilərlər. Yeni Advanced Vocal Remover texnologiyasının köməyilə isə siz, diqqətlə vokal partiyanı MP3 faylından xaric edə bilərsiniz. Mərkəzi kanalın pozma alətindən daha mükəmməl sayılan Advanced Vocal Remover, yalnız əsas səsi pozan anda mahnıdan əks olunan stereogörüntünü yaddaşda saxlamaq imkanı yaradır. Mükəmməlləşdirilmiş 16 trekli sekvensor nəinki standart sekvensiya səviyyələrini yaratmaq imkanı təmin edir, həm də Backing Sequence funksiyasını istifadə etməklə tez və sadə mahnı yaratmağı təklif edir. Intellektual  Pa3X stansiyası isə sizin performansınızı tam olaraq yazacaq! İndi siz mahnının səsləndirilməsini qoşa bilərsiniz, klaviaturada ifa edərək eyni zamanda oxuya bilərsiniz, bütün bunlar MP3 formatında yazılacaq və MP3 formatında xarici USB qurğusunun və ya sərt diskin yaddaşında saxlanılacaq (yalnız 76 klavişli model üçün; 61 klavişli model üçün opsiya olaraq).\

 

Mahnıçı
 

Bu gözəl funksiya canlı ifa zamanı çox yararlıdır. Mahnıçı, tərkibində müxtəlif mahnıları ifa etmək üçün ayarlar olan musiqi məlumatları bazasını özündə əks etdirir. Siz, lazımı üslubu, birinci dərəcəli ifa üçün bütün lazımı parametrləri olan MIDI və ya MP3 faylları  sadə toxunuşla seçə bilərsiniz.
Bununla bitmir!
Pa3X haqqında daha çox məlumat almaq üçün, sizə onunla daha yaxından tanış olmaq lazımdır. Pa3X – ən güclü, çoxfunksiyalı və istifadədə sadə aranjeman stansiyasıdır.
Dinləyin və həzz alın!

 

Texniki göstəricilər:

  • Number of Keys    
  •    76 (semi-weighted keys with velocity and aftertouch)
  • Built-in Speakers      Optional
  • Polyphony      120
  • Number of Presets    1100 + 90 drum kits
  • Number of Effects    140
  • Effects Types Four-part Harmonizer, Double, µMod, Reverb, Delay, Filter, HardTune, Pitch Correction plus Compressor, EQ, Gate, Vocoder, Multi
  • Sequencer     16 tracks
  • USB    Type B (MIDI over USB)
  • Number of Audio Inputs       3
  • Audio Input Types     2 x TS/TRS, 1 x XLR combo
  • Number of Audio Outputs     2 x TS/TRS, S/PDIF, headphone
  • MIDI I/O        In/Out/Thru
  • Pedal Inputs   1 x damper
  • Power Supply 35W internal power suppply
  • Height 5.71"
  • Width  49.93"
  • Depth  14.41"
  • Weight 38.58 lbs.
  • Manufacturer Part Number   Pa3X76

 

 

Tembrlar/zərbəlilərin dəsti 
 

Stereo Piano və GM Level daxil olmaqla 1 & 2 tembrləri; 90-dan çox zərbəlilər dəsti
 

İstifadəçi zonası: 512 tembr, 128 zərbəlilər dəsti
Defined Nuance Control (DNC) texnologiyası
Real Drum Ambience

 

Rəqəmsal registrlər: 9
Real zaman nizamlayıcıları: Təyinatlı slayderlər
Tembrlərin və zərbələrin ayarlanmasının tam olaraq redəktəsi

Sempllaşdırma: Yazma, redaktə, Time Slice, kompressiya, yüklənmə/ Korg-un Wav, AIFF və Akai fayllarının importu; Wav və AIFF fayllarının eksportu
PCM RAM Yaddaşı: 128 MB standart (256 MB ekvivalentli xəttli göstəricilər ilə), 256 MB-dək genişləndirilmiş  (512 MB ekvivalentli xəttli göstəricilər ilə) EXB-M256 opsiyalı yaddaş platası ilə

 
Üslublar

 

400-dən çox əvvəlcədən quraşdırılmış üslublar
Mümkün olan 1200 üslub xanaları, seçilmişlərin bankları daxil olmaqla
Üslubların səkkiz trekləri, bir toxunuşla 4 ayarlar, 4 ped və hər üsluba bir performans

Guitar Track 2 rejimi, Parallel və Fixed NTT funksiyaları
 Köhnə "i-Series" modelləri və Pa seriyalarının üslubları ilə uyğunluq

Step Record, Track və Event Edit funksiyaları ilə üslubun yazılması
Üslubların nizamlayıcıları: 3 Intros, 4 Variations, 4 Fills, Break, 3 Endings, Synchro Start/Stop, Tap Tempo/Reset, Fade In/Out, Bass Inversion, Auto Fill, Manual Bass, Tempo Lock, Memory, Accompaniment/Real Time Track Balance Volume, Accompaniment Mute, Drum Mapping, Snare & Kick Designation, Single Touch

 

Chord Sequencer
 

Real zaman rejimində üslubun akkordlarının sekvensiyalarının səsləndiricisi

 

Performance / STS
 

Performanların 512 xanası
STS: Treklərin yazılması və prosessorun ayarlanması, 4 х 1200 üsluba qədər, mahnıçıya 4 daxil olunmaya qədər

 

Real zamanda treklər
 

Yandırma/söndürmə düyməcikləri və tembr seçimi ilə klaviaturanın dörd treki (yuxarı 1,2,3, aşağı)

 

Mahnının səsləndirilməsi 
 

Patentləşdirilmiş XDS Crossfade Dual Sequencer səsləndiricisi (Dəstəklənən formatlar: MID, MID+G, KAR, MP3 + mahnı mətnləri, MP3+G)
Select, Start/Stop, Home, Rewind və Fast Forward nizamlayıcıları ilə 2 səsləndirici
X-Fader Balance nizamlayıcısı
Ekranda mahnıların mətnləri, partitura və akkordlar (VIF4 opsiyası ilə) əks olunur
Markerlər
Jukebox funksiyası
Mp3-səsləndirici/ rekorder
İkili Mp3 səsləndirici və Mp3 rekorder
İki Mp3 faylı eyni zamanda mahnı səsləndirilməsi rejimində səsləndirilə bilər
Real zaman rejimində əvəz olunma (+6/-5 yarıtonları)
Tempin dəyişdirilməsi (±30%)
Styles, SMF, Real Time Tracks, Pads, Microphone və Effects tərkib edən Advanced Vocal Remover Record MP3 faylları

Vocal Harmony üçün Audio Chord təyini

 

Sekvensor
 

Tez yazma (bek-sekvensirləmə)
 Multitrack və Step Record funksiyası
16 trek, 200000 halda
SMF formatı

 

Mahnıçı
 

SMF, Karaoke, MP3 üslublarının əsasında proqramlaşdırılan və Style Play və Song Play rejimlərinin avtomatik seçimi ilə məlumat bazası.

İstifadəçi tərəfindən təyin oluna bilən siyahılar

Filtering və Ordering funksiyaları

 

Uyğunluq 
 

"i-Series" modelləri: Üslublar
Pa seriyası: üslub, performans, proqram/tembr, mahnı, mahnıçı, ped

 

Multi-ped
 

4 təyinatlı ped + Stop düyməsi
– Pad Record funksiyası

 

Yardım sistemi 
 

Hipermətnli, kontekstli, çoxdilli

Ümumi nizamlayıcılar
Master Volume, Real Time-Acc/Seq Balance Volume, Ensemble, Octave Transpose, Master Transpose, Style Change, Quarter Tone və Performance/STS üçün Arabic Scale
- Real zaman nizamlayıcıları: Coystik (ton yüksəkliyi + modulyasiya), lentli kontroller, 8 təyinatlı slayderlər, MP3 Volume, Mic Volume, Mic Harmony/Double Vol., Mic Reverb/Delay Vol., 3 təyinatlı keçiricilər, Tempo +/-, Dial, Up/+, Down/-
- axtarış funksiyası

 

İdarəetmənin çıxışları
 

Dempferli pedal (opsiyalı DS-1H pedalı daxil olmaqla yarımpedallığın dəstəklənməsi), təyinatlı keçirici/pedal - EC-5 (Proqramlaşdırıla bilən keçiricilər)

 

Analoq çıxışlar
 

Qeyri-simmetrik/simmetrik sol/mono giriş, sağ/mono, Out 1, Out 2,
Qulaqcıqlar (ön paneldə)

 

Rəqəmsal çıxışlar
 

S/P DIF (48 kHz– koaksial), əsas çıxışlı stereosiqnalın əks olunması

 

Xəttli girişlər
 

2 qeyri simmetrik/simmetrik sol/mono girişlər, sağ/mono

 

Mikrofon girişi
 

XLR gücləndirmə nizamlayıcısı ilə kombinə olunmuş simmetrik girişi (15-dən 50 dB) və fantomlu enerji təchizatının keçiricisi ilə

 

MIDI
 

In, Out, Thru; standart Midi girişli
USB portunun istifadəsi ilə USB to Midi
Treklərin müstəqil təyinatı
İstifadəçi tərəfindən təyin olunan 8 MIDI ayarlanma

 

USB
 

Host-qurğunun qabaq/arxa panelində 2 USB portu (2.0 Hi Speed) və qurğunun arxa panelində 1 USB portu (1.1 Full Speed)

 

Sərt disk / yaddaşda saxlayan qurğular
 

Standar USB-daşıyıcı 4 GB
Opsiyalı 2,5 düymlu sərt diskin SATA qurğusu (61-klavişli model)
Standart quraşdırılmış 2,5 düymlu sərt diskin SATA qurğusu (76- klavişli model)

 

DVD-CD-səsləndiricisi/ Floppy-disk
 

Opsiya olaraq USB portundan qoşulan USB DVD/CD/FD standart qurğularının istifadəsi ilə

 

Displey
 

Pa3X 61: Göstərici: 320 x 240 piksel– Rəngli TFT sensorlu TouchView ekranı ;
Pa3X 76: Çevrilən displey – Göstərici 320 x 240 piksel– Rəngli TFT sensorlu TouchView ekranı;

 

Sinxronizə
 

Sinxronizənin daxili sistemi

 

İstifadə olunan güc 
 

Gücləndirmə panelinə (PaAS) qoşularaq 30 Wt – 50 Wt

 

Ölçüləri (E x D x H): 
 

980 x 366 x 145 mm pyupitrsiz (61);
1192 x 366 x 145 mm pyupitrsiz və aşağı salınmış displey (76)

 

Çəki
 

14,7 kq(61) 17,5 kq (76)

 

Əlavə ləvazimatları
 

İstifadəçi təlimatı, enerji təchizatı kabeli, pyupitr, CD-ROM

 

Opsiyalar
 

PaAS Sistemi

EXB-M256 – Genişləndirmə platası 256 МБ
VIF4 – Videointerfeys platası
EXP-2 - ekspressiya/səs pedalı
XVP-10 – Professional ekspressiya/səs pedalı
EC5 – Təyinatlı kontroller
DS-1H dempferli pedal
PS-1- pedallı keçirici
İnstalyator (yalnız 61-klavişli modeli üçün)

 

* Helicon registrasiya olunmuş TC-Helicon Vocal Technologies Ltd əmtəə nişanıdır.

 

* MaxxAudio, MaxxEQ, MaxxBass, MaxxTreble, MaxxStereo, MaxxVolume, Waves Audio Ltd əmtəə nişanlarıdır.
 

• Texniki göstəricilər və qurğuların xarici görünüşü xəbərdarlıqsız dəyişdirilə bilər.

 

 

Pa AS – Pa3X (76 və 61 klavişli model) modeli üçün Pa Gücləndirmə sistemi

 

Sistem
3-kanallı gücləndirmə sistemi

 

Enerij
2x20 Wt (orta/yuxarı tezliklər) + 1x40 Wt (sabvufer)

 

Dinamiklər 
5 dinamiklər: 2 orta diapazonlu (80 mm) + 2 tviter+ ikili katuşkalı sabvufer (130 mm)

 

Korpus
Bass Reflex sistemli alüminium korpus

 

Qoşulma: 
Tamamilə sadə qoşulma. Enerji techizatı və audiosiqnal Pa3X-dən klaviaturaya avtomatik qoşulan xüsusi konnektor vasitəsilə ötürülür. Sizin üçün əlavə kabellər və ya enerji təchizatı bloklarına ehtiyac olmayacaq.


Ölçüləri (E x D x H): 
992 x 173 x 137 mm

 

Çəkisi: 5,7 kq

 

Xarici görünüş və texniki xarakteristikalar ayrıca xəbərdarlıq olunmadan dəyişdirilə bilər.

Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

Brendlər

108
Brendlərin