Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG PA300 Professional Arranger

Rəqəm: 218909, Vendor şifrəsi: 100013014000
€ 883.74 € 635.00

Malların mövcudluğu

Mövcüddur

Təsvir

PA300- Peşəkar aranjeman stansiyası

 

Dinləyin və heyran olun.

 

Pa 300—dünyada ən çox satılan peşəkar aranjeman stansiyası olan KORG Pa nəslinin ən cavan nümayəndəsidir. Pa 300 yığcam korpusu, əlverişli qiyməti və ən müasir yüksək keyfiyyətli tembrləri və üslublar yığması ilə seçilir.Quraşdırılmış üslubları tətbiq etməklə, ifaçı istənilən musiqini və ya  öz şəxsi yaratdığı əsərini ansamblın müşayiəti altında asanlıqla ifa edə bilər.Pa300də musiqi ilə məşğul olmaq xoş olmaqdan savayı öz şəxsi musiqi əsərlərini bəstələməyə və ifa etməyə hazırlaşan hər yaşda musiqiçilər üçün ideal musiqi alətidir..

 

 

 

= İnanılmaz real və canlı səsləndirmə ilə təkmilləşdirilmiş səs generatoru RX (Real eXperience).

 

= PCM-səslər üçün həcmli yaddaş, dəqiqliklə bestseller xətti — Pa600 ilə eynidir.

 

= Quraşdırılmış yüksək keyfiyyətli səs gücləndiricisi sistemi olan  samballı və yığcam plastik korpus.

 

= Nazik qatlı tranzistorlar üzərində 5-düymlü rəngli sensor maye-kristal displey.

 

= Tembrlərin, üslubların, səs fayllarının və s. tez axtarışı üçün asan idarəetmə və Search funksiyalı intuitiv qrafik interfeys

 

= Seçmə üslubları yaddaşda saxlamaq üçün hər biri özündə 3 giriş, 3 sonluq, 4 variasiya, 4 vurğu və breyk, və bundan əlavə 8  Favorite bank və 3 User bankı birləşdirən 310-dan artıq daxili üslublar.Guitar Mode 2 genişləndirilmiş gitara rejimi, gitara partiyalarının maksimal olaraq real ifa etmək üçün imkan yaradır.

 

= Standart MIDI-faylların səsləndirilməsi üçün təkmilləşdirilmiş GM-dəsti, köçürmə və tempin dəyişməsi funksiyaları olan MP3-pleyer. Bütün populyar mətn formatlarını təyin olunması imkanı və qrafikin, mahnı mətnlərinin və notların təsvir olunması dəstəyi.

 

=4 stereofonik master-effekt (125 alqoritm)

 

= MID, KAR və MP3 formatlı fayllarla işi və üslubları, həmçinin seçilmiş mahnı üçün alətin bütün ayarlarının dərhal yüklənməsini dəstəkləyən tamamilə proqramlaşdırıla bilən SongBook musiqi məlumat bazası. İstifadəçi tərəfindən nizamlanan səslənmə siyahısı, həmçinin filterasiya opsiyası və yazıların çeşidlənməsi.

 

Pa300 - funksionallığın və Pa seriyası alətlərinin çox gözəl səslənməsinin yığcam ölçülər və ucuz qiymət ilə uyğunlaşdığı, istifadədə sadə və eyni zamanda аvtoakkomponimentli güclü peşəkar alətdir. Öz "böyük qardaşları" Pa900 və Pa600 kimi, Pa300 RX (Real eXperience) də sintez sistemini istifadə edir, ona görə də onun səslənmə keyfiyyəti adi «özü ifa edən»`lərdən qat-qat üstündür. Yığcam korpus, aktiv matrisalı rəngli sensor maye-kristal displey, PCM yaddaş, üslubların məlumat bazası və möhkəm səsgücləndirici sistem, Korg şirkətinın aranjeman iş stansiyasını öz qiymət diapazonunda ən yaxşı musiqi aləti adlandırmağa imkan yaradır.

 

 

http://www.korg.com/us/products/synthesizers/pa300/page_1.php

 

 

Üstün səs keyfiyyəti.

 

Hər şey səsdən başlanır. Sözsüz ki KORG səslənməsinin keyfiyyəti heç kimdə şübhə yaratmır və ona bütün dünyada on minlərlə musiqiçi etibar edir. Pa300 — öz qiymət diapazonunda daha detallı, daha da zəngin və incə təbii səslənmə təklif etməyi bacaran və son dərəcə dəqiqliyi ilə incə xırdalıqlar icrasını ən müxtəlif janr və üslubları, ən müxtəlif alətlərdə təqlid etmək iqtidarında olan ilk aranjeman stansiyasıdır. Musiqi alətinin yaddaşında modernləşdirilmiş GM-dəsti və 64 zərbəlilər dəsti daxil olmaqla 950-dən artıq tembr saxlanılır. Simli və dempferli rezonansı olan emulyasiyalı konsert royalının real çoxqatlı tembr mövcudluğunu qeyd etmək lazımdır. İstənilən səsin quraşdırılmasını redaktə etmək və User-in yaddaş hissəsində saxlamaq olar. 

 

 

Mükəmməl effekt dəsti

 

Təbii ki, birinci dərəcəli səs — təkcə müxtəlif alətlərin tembrləri deyil. KORG şirkəti artıq neçə ildir ki, studiya səviyyəsində nəzərə çarpan effektlər yaradır. Hər birinə 125 əlverişli alqoritmlər işlənməsindən birini təyin edilə bilən Pa300, dörd master-prosessor effektləri ilə təchiz edilib.

Siyahıya standart olduğu kimi, eləcə də reverberator, xorus və ləngitmə, gitaranın real səslənməsinə nail olmaq üçün hətta misal olaraq REMS kimi daha ekzotik effektlər daxildir.

Treklərin hər birində üç zolaqlı ekvalayzer nəzərdə tutulub, bununla belə Song Play rejimi üçün trek ekvalayzerinin istifadəçi ayarlarını alətin yaddaşında saxlamaq olar.

Bu, istənilən MIDI-faylın səslənməsini adaptasiya etməyə imkan yaradır.

Bas partiyasını həfifləşdirmək lazımdır?

Sadəcə olaraq ekvalayzeri ayarlayın — və bunda olduğu kimi, bütün növbəti mahnılarda da «yüngülləşdirilmiş» bas əldə edin.

Audiotrekdə, Pa300 audio çıxışlarının qarşısında kəskin musiqili səslənmə ilə 4-zolaqlı ekvalayzer yerləşdirilib ki, bu da alətin səslənməsini bütövlükdə sırf hansısa yerin akustik xüsusiyyətlərinə uyğun adaptasiya etməyə və ya musiqiçinin öz zövqünə uyğun korrektə etməyə imkan yaradır.

 

 

 

Professional keyfiyyət səviyyəli üslublar

 

Pa300, alət tembrlərindən heç də geri qalmayan yenilənmiş seçmə üslubları ilə lovğalana bilər. Üslubların proqramlaşdırılmasında, hər biri Pa300 səsləndirməsinə özündən bir parça qatan qabaqcıl dünya aranjemanları iştirak etmişlər. Nəticədə biz, reallığı və kəskin dərəcəli detalizasiyası ilə seçilən yüzlərlə əsrarəngiz musiqi üslubları əldə etdik. Musiqi üslublarının ən geniş spektrini əhatə edərək Pa300, istənilən vəziyyətdə lazım olanı seçmək imkanı yaradır.

İfanın reallıq və ifadəliliyini artırmaq üçün üslubların hər birində 4 vurğu, 3 giriş və 3 sonluq nəzərdə tutuıub. İfaçının qarşısında əlavə imkanlar, müxtəlif yerdəyişmə xanalarının istifadə olunması hesabına açılır, bənzərsiz Guitar Mode 2 gitara rejimi isə, gitara trekləri ilə işləməyin tamamilə yeni perspektivlərini təqdim edir. Əgər sizə şəxsi üslub seçmələri lazımdırsa bundan asan nə var ki — siz Pa300-ün yaddaşında şəxsi yaratdığınız üslubları yarada və yaddaşda saxlaya bilərsiniz.

 

Musiqi bəstələmək üçün funksiyalar

 

Dünyanın aparıcı musiqiçiləri tərəfindən yaradılmış üslubları istifadə edən avtomatik akkomponiment əsl yaradıcılıq ideyalarının xəzinəsini özündə əks etdirir.

Sadəcə olaraq akkord silsiləsini ifa edin və nəticəni Quick Record funksiyasının köməyi ilə yazın.

Pa300 - sadə və eyni zamanda hər bir səviyyə və yaş həddində olan ifaçılar üçün musiqi bəstələməkdə güclü alətdir.

 

 

Yığcam və güclü

 

Pa300 — dünyada ən yığcam və asan aranjeman iş stansiyalarından biridir.

Buna baxmayaraq ölçüsü və çəkisi Sizi yanıltmasın.

Korpusa yüksək səviyyəli güclü akustik sistem quraşdırılıb – hər birində 13 Wt olan 2 gücləndirici və faza inverterli dizaynı olan akustik sistem  son dərəcə yüksək səs ucalığı və bununla birgə çox təmiz səslənməni təmin edir.

 

İdarəetmənin sadəliyi

 

 

Pa300 alətini yaradan zaman tətbiq edilən bütün yüksək texnologiyalara baxmayaraq, biz hər zaman bu musiqi alətini sadə, məntiqi, rahat və anlaşılan etməyə çalışmışıq.

Biz istəyirdik ki, musiqiçinin alət ilə iş prosesi intuitiv səviyyədə baş versin, operativliyi və idarəetmə şəffaflığı ilə seçilsin.

Biz panellərin sxemini tamamladıq, əlavə olaraq aləti, TouchView – rəngli sensor displey ilə təchiz etdik -sadəcə nə etmək lazım olduğunu anlayın, sonra ekranda müvafiq olan sahəyə barmağınızla toxunun.

Müxtəlif hazırlıq səviyyəli musiqiçilər üçün interfeysin iki səviyyədə mürəkkəbliyi nəzərdə tutulub: (Easy)sadələşdirilmiş və (Expert) ekspert.

Sadələşdirilmiş rejimdə, ekrana sadəcə daha vacib parametrlər çıxarılır ki, bunun da sayəsində təsvir, lazımsız detallarla displeyə yüklənmir.

Bu, yeni başlayan musiqiçilər və alətdə canlı ifa üçün çox faydalı rejimdir.

Ekspert rejimində musiqiçinin önündə Pa300 redaktə sisteminin bütün gücü meydana çıxır.

İndi sizin canlı çıxışlarınız, məhz olması gərək olduğu kimi  olacaqlar. İndi ifaçıya hansısa səs faylı, mahnı və ya üslubun harada yaddaşda saxlanılmasını xatırlamaq gərək deyil. Sadəcə olaraq Search – axtarış funksiyasını istifadə edin və Pa300 dərhal lazımı məlumatı tapacaq.

İstənilən mahnını səsləndirəcək və notları əks etdirəcək

Pa300 – quraşdırılmış pleyer, MID, KAR и MP3 formatlı faylları oxuya bilir. O həmçinin, bele fayllardan mahnı mətnləri və gitara akkordlarını aird etməyə qadirdir. Ənənəvi not yazmasını üstün tutanlar üçün Pa300, displeyə not partiturasını çıxara bilir. Melodiyanın (və ya istənilən başqa trekin) akkord simvolları və mahnı mətni ilə adi not yazısı şəklində əks olunduğu Xüsusi Score Viewer pəncərəsi nəzərdə tutulub. Akkord simvolları, ingilis sistemində olduğu kimi həm də italyan sistemlərində əks oluna bilirlər. Yeni başlayanlar üçün not yazısının tərkibində adların əks olunması funksiyası nəzərdə tutulub.

 

SongBook məlumat bazası

 

Bu əla funksiya, «canlı» ifa edən musiqiçilərin həyatını əbədi olaraq yaxşılığa doğru dəyişəcək. SongBook — tam olaraq istifadəçi tərəfindən proqramlaşdırılan və istənilən mahnının ifası üçün tamamilə bütün ayarları tərkib edən məlumatların musiqi bazasıdır. Sadəcə olaraq bazada lazım olan mahnının adını tapın, barmağınızla ona toxunun və Play düyməsinə basın. SongBook məlumat bazası, üslubları, MIDI- və ya MP3-faylları istifadə edə bilir və ani olaraq bütün lazımı ayarları yükləyə bilir. Bunlara – mahnının adı, müəllif adı, üslub, temp, səs ucalığı balansı, treklərin səs susdurulması qurğuları, effektlərin parametrləri, Easy Edit tembrlərinin operativ redaktəsi qurğuları, bir toxunuşlu STS-in 4 ayarı, master-yerdəyişmə və s. daxildir. Başqa sözlərlə, SongBook məlumatların musiqi bazasında, istənilən musiqini ifa etmək üçün hər nə lazımdırsa tapmaq olar.

 

KORG şirkətinin avtoakkompanementli alətləri — funksional gücün, idarəetmənin sadəliyi ilə mükəmməl olaraq uyğunlaşdığı, dünyada yeganə sayılan alətlər.

 

http://www.korg.com/us/products/synthesizers/pa300/page_2.php

 

 

 

Spesifikasiya

 

Klaviatura

61 klavişli

Klavişlərə basma sürətinin təyin olunması

Sistem

Yenilənə bilən əməliyyat sistemi

RX (Real eXperience)texnologiyası

Çoxməsələlik, ayarlama zamanı faylların səslənmə imkanı

Səs generatoru

128 səs, 128 generator

 Filtrlər ilə rezonans

Hər trekdə üç zolaqlı ekvalayzer

Effektlər

 4 stereofonik rəqəmsal multieffektlərədək

125 alqoritm master-effektlər

4-zolaqlı parametrik master-ekvalayzer

Tembrlər/zərbəlilər  dəsti

Daxili

950-dən çox, stereofonik fortepiano səs tembri və GM2-uyğunlaşan dəst daxil olmaqla

64 zərbəlilər dəsti

İstifadəçi

256 tembr

128 zərbəlilər dəsti

Üslublar

Daxili

310-dan artıq daxili üslublar

İstifadəçi

Favorite/User bankları daxil olmaqla, üslublar üçün 1040-dək yaddaş dəliyi

Struktura

Hər üsluba 8 trek, 4 STS ayarlar, 4 ped və bir performans

Üslubların idarəetməsi

3 giriş, 4 variasiya, 4 doldurulma, vurğu, 3 kod, Auto Fill, Syncro Start/Stop, Tap Tempo/Reset, Manual Bass, Bass Inversion, Memory, Accompaniment On/Off, Kick & Snare Designation funksiyaları

Digər

Gitara trekləri Guitar Mode 2, parallel və toplanmış cədvəllər  NTT köçürmələri.

Performanslar/ STS

Ayrıca My Setting performans və digər performanslar üçün 240 yaddaş dəliyi

STS

Klaviatura trekləri, 4 х 1040 üslublaradək,  SongBook məlumat bazasında dörd yazmaya qədər

Klaviatura trekləri

4 trek (Upper 1, 2, 3 + Lower)

Pedlər

4 trek-pedlər + Stop düyməsi

Pyeslərin səsləndirilməsi

Select, Start/Stop, Home, Rewind və Fast Forward funksiyaları olan pleyer

SMF (formatlar 0 и 1)standartları ilə uyğunlaşan və  MP3-Lyrics (CGD-uyğun), notların tesviri olan  Jukebox funksiyası

MP3-pleyer

MP3 faylların səsləndiricisi

Köçürmə(+6/-5 yarımton)

Tempin dəyişməsi (± 30%)

Sekvensor

Quick Record (akkomponiment sekvensoru) funksiyası

Multitrek sekvensoru + mərhələli sekvensor. 16 trek, до 100 000 нотных событий.

Standart MIDI-format

SongBook Bibliotekar

Style Play/Song Play rejimlərinə avtomatik keçirmə ilə MID, KAR, MP3 formatlı fayllar üslublar əsasında tam olaraq proqramlaşdırılmış məlumat bazası. Səslənmənin istifadəçi siyahıları və filtrasiyası.

Axtarış

Style, Song, Performance, SongBook, Sound/Lyrics, TXT

Uyğunlaşma

Seriya Korg “i”

Üslublar

Seriya Korg “Pa”

Üslublar, performanslar, tembrlər, mahnılar, SongBook səsyazmalar, pedlər

İdarəetmə

Master Volume, Real Time-Acc/Seq Balance Volume tənzimləyiciləri, Ensemble, Upper Tracks Octave Transpose, Master Transpose, Tempo Lock, Quarter Tone Arabic Scale, User Scale düymələri (performansın daxilində xatırlamaqla ilə /STS, Search, Lyrics, Score, Dial, Tempo, Metronome, Split, coystik.

Kommutasiya

İdarəetmə girişləri

Proqramlaşdırılan pedal/ayaq köməyi ilə çevirici (susteyn)

 

Çıxışlar(həmçinin qulaqcıqlar)

Stereofonik 6.3 mm giriş «cek»

MIDI

USB to MIDI funksiyası— 8 yaddaşda saxlanılan MIDI-presetlər

USB

USB MIDI-interfeys

Type A (TO DEVICE): 1 (Arxa paneldə)

Type В (TO HOST): 1 (Arxa paneldə)

Standart qoşulma 2.0 (High Speed)

Məlumatların saxlanılması

USB Memory Stick

Displey

Rəngli sensornazikqatlı TouchView 5” (480 x 272 точек)

Səs gücləndiricisi

Güc

13 Vt х 2

Dinamiklər

10 sm х 2 fazainventerli korpusda ikili diffuzor

Elektrik qidalanma

Gərginlik

100 – 240 V dəyişən cərəyan

İstifadə olunan güc

18 Vt

Qabaritlər

1030 х 378.3 х 127 mm (notlar üçün dayaqsız)

Çəki

8.35 kq

Komplektasiya

Rənbərlik «Qısa rəhbərlik», Notlar üçün dayaq, xarici qida bloku, qida kabeli, DVD disk(həmçin videorəhbərlik)

Opsiyalar

EXP-2 — səs ucalığı pedalı/ekspressiyalar

XVP-10 — peşəkar səs ucalığı pedalı/ekspressiyalar

DS-1H — susteyn pedalı

PS-1/PS-3 —çevirici/pedal

 

 

* Bütün məhsul və standartların adları qeydə alınmış ticarət markalarıdır və öz hüquq sahiblərinə məxsusdurlar.

 

Xarici görünüş və texniki xarakteristikalar xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

KORG PA300 Professional Arranger

€ 883.74 € 635.00

Brendlər

109
Brendlərin