Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
info@attrade.lv
Riqa, Aleksandra Čaka iela 118

Kontaktlar
KORG KROSS-88-PT Клавишная рабочая станция, 88 клавиш с молоточковой механикой, цвет серебристый

KORG KROSS-88-PT Клавишная рабочая станция, 88 клавиш с молоточковой механикой, цвет серебристый

Rəqəm: 219935, Vendor şifrəsi: 100016338000
€ 1167.10 € 699.00

Malların mövcudluğu

Mövcüddur

Təsvir

Əsas üstünlüklər:
 

 

- Dəbli və efektli ağ-qırmızı işləmli asan aird olunan dizayn
 

- Kəskin yüngül korpus — cəmi 4.3 kq (61-klavişli model) və ya 12.4 kq (88-klavişli model), əlavə olaraq AA formatlı altı ədəd batareyadan cərəyan alma imkanı.

 

- Əzəmətli royal, elektropiano və zərbəlilər tembrları
 

- Ən müxtəlif musiqi üslublarında işləmək üçün zəngin tembr seçimi (əvvəlki nəslin alətlərindən fərqli olaraq dalğalı yaddaşın həcmi ikiqatdır)

 

- Lazımı tembrın dərhal axtarışı üçün Sound Selector funksiyası

 

- Bir düyməni basaraq daxil olmaq üçün 64 seçilmiş tembrların və ya audiofaylların registrasiyası üçün Favorites funksiyası – canlı çıxışlar üçün əvəzolunmazdır

 

- Eyni zamanda 7 işlənmə effektlərinin istifadəsini dəstəkləyən professional EDS-i sintez sistemi.

 

- Mikrofon və ya başqa səs mənbələrinin birbaşa qoşulma imkanını təmin edən xarici girişlər.
 

- Klaviaturanı operativ şəkildə «göz qırpımında» yenidən ayarlanması üçün Quick Layer/Split funksiyası

 

- Alətdə ifanın və ya vokalın mikrofon vasitəsilə yazılması üçün stereofonik audiorekorder

 

- Electribe ailəsinə aid qurğularda olan mərhələli sekvensor, 16-zolağlı MIDI-sekvensor, zərbəlilər və arpeciator
 

- Plagin formatında səsyazma proqramlara inteqrasiya üçün USB port vasitəsilə kompyuterə qoşulma

 

 

 

 

Qara-qırmızı tonlarda dəbli aird olana bilən dizayn

 

Açıq rəng qamması və effektiv dizayn səhnədə özünü itirməməyə kömək edəcək – və nəinki səhnədə. İfaçı üçün nəzərdə tutulmuş yuxarı panel, qara rəngə boyanıb, eyni zamanda tamaşaçılar üçün nəzərdə tutulmuş yan panellər və arxa hissə, açıq qırmızı tonlarla işlənib. Bu sıraya 2 model daxildir: aktiv mobil iş üçün 61 klavişli model və daha heyrətamiz dizaynlı ilk öncə səhnədə iş üçün nəzərdə tutulmuş 88 klavişli model.



Yüngül korpus və AA formatlı qələvili batareyalarla işləmə
 

Zəngin funksional imkanlarından başqa KROSS, kəskin yüngül və daşınabilən alət sayılır. 61 klavişli və asan aird edilə bilən xarizmatik arxa panelli model kəskin ağır olmayan çəkisi və inanılmaz kompaktlığı ilə xarakterizə olunur, cəmi 4.3 kq.

Daha çox təsir bağışlayan 88 klavişli versiya əsl şəkicvari klaviatura ilə təchiz olunub, cəmi 12.4 kq çəkisi var. Hər iki model asanlıqla daşına bilir və şəbəkədən işlədiyi kimi altı qələvili və ya nikel-metalqidrid AA formatlı batareyalardan da  işləyə bilirlər.

 

Öz sinfində ən yaxşı fortepiano, elektropiano və  zərbəlilər tembrları
 

Korg sintezatorları bütün dünyada professional musiqiçilər tərəfindən geniş istifadə olunurlar. KROSS sintezatoru üçün royal, elektropiano və zərbəlilər tembrları ən üstün alətlərdən götürülmüşdür, bu da öz növbəsində KROSS səsləndirməsinin rəqib modellərin fonunda seçilməyinə səbəb olur. Royal sempllarının yaradılması zamanı simlərin boğulması üç fərqli səs səviyyələri ilə yazılmışdı. Bundan başqa ,dempferli pedalın təbii səsləri tam olaraq dəqiq ötürülür — nəticədə ifanın xırdalıqlarını əks edə bilən  əzəmətli tembr yaradılmışdır.

 

 

 

Bundan əlavə piano səsi (PCM-sintezatoru üçün geyri-adidir) və tanınmış Korg SG-1D Sampling Grand və M1 Music Workstation instrumentlərinin mükəmməl tembrleri  dəstə daxildir. İnstrumentin yaddaşına elektropianonun akustik royaldan geri qalmayan beş klassik tembrləri yazılmışdır. İstifadəçi üçün lazımı səslənmənin dəqiq təqdimatını əldə etmək üçün müxtəlif effektlər mövcuddur. Nəticə etibarilə əsas diqqət zərbə alətlərinə (iş stansiyaları üçün vacib olan) ayrılmışdır – barabanlar canlı, realistik və çox «yenilənmiş» səslənirlər.


 

Zəngin səs palitrası
 

Portativlik və yüngül çəki KROSS istifadəsini ən fərqli vəziyyətlərdə rahat edir — ele bu səbəbdən biz bu alətin yaddaşına keyfiyyətinə görə hətta əvvəlki nəslin ən üstün olan modellərini üstələyən ən geniş tembrləri yazmaq qərarına gəldik. X50 və PS60 alətlərindən fərqli olaraq dalğalı yaddaşın həcmi ikiqat artmışdır. Bütün rok/caz orqanı, simli, mis nəfəs və sintetik səslər kimi tez-tez istifadə olunan tembrlar tam olaraq yenidən işlənmişdir. Oyuncaq pianosu, akkordeon, kombo-orqan, kilsə orqanı kimi alətlərlərlə yanaşı hətta lentli sempler və zınqırov kimi ekzotika, əvvəl bu sinfin alətlər dəstinə heç vaxt aid olmayan elektron rəqs musiqisinin yaradılması üçün istifadə olunan tembrlar – unikal tembrlar həmçinin əlavə olunmuşdur. Biz bütün sorğuları qane edən və qoyulan istənilən tapşırığı yerinə yetirməyi bacaran alət yaratmağı öz qarşımıza məqsəd qoyduq, və bu da – KROSS.

 

 

Tembrların axtarışını asanlaşdıran Sound Selector funksiyası
 

Baxmayaraq ki KROSS tembrlarının toplusu genişdir, lazım olan səsi axtarmaq olduqca asandır — bunun üçün iki xüsusi təkər-selektor nəzərdə tutulub. Birincisi lazımı kateqoriyanı seçmək imkanı yaradır və misal olaraq fortepiano, elektropiano, orqan, zıqırov, sintezatorlar, baslar və ya simliləri gətirmək olar.

İkincisi tez bir zamanda lazımı tembrı seçmək imkanı yaradır. Kəskin asan funksiya —

Ifaçı başqa kateqoriyaların tembrlarına yayınmayaraq fikrini lazımı tembrın axtarışına cəmləyə bilər.

 

64 seçilmiş tembrların və ya audiofaylların registrasiyası üçün Favorites funksiyası
 

İstifadəçi tərəfindən yaradılmış və ya daha tez-tez istifadə olunan tembrları 16 düymədən birinə təyin etmək olar (4 bank), bir düyməyə basaraq çağırmaq üçün cəmi 64 tembr . Bu canlı iş üçün olduğu kimi həmçinin studiyada mahnı yazmaq üçün inanılmaz dərəcədə asan funksiyadır. Tembrlardan savayı istifadəçi bu düymələrə yekunlaşmış audioyazmanı təyin edə bilər.


 

EDS-i  - Aparıcı sintez texnologiyası
 

EDS-i  - yüksək keyfiyyətli sintez sistemi, daha üstün və bahalı KORG professional alətlərində istifadə olunan EDS/EDS-X sintez sistemlərinin gələcək inkişafı sayılır. Eyni zamanda 7 effektə qədər istifadə etmək olar: beş boşluq və iki master-effekti. Dəstə gözləmə, xorus, flenjer və çevrilən dinamik kimi standart effektlərlə yanaşı Korg REMS eksklyuziv texnologiyası əsasında gücləndirici simulyatoru kimi daha ekzotik və ya «robot səsləri» yaratmaq üçün vokoder effekləri də aiddir. Ümumilikdə 134 yüksək keyfiyyətli effektlər mövcuddur.

                                                

 

Mikrofonu və ya audiosəsləndiricini qoşmaq üçün girişlər.

 

MIC IN girişi (6.3-mm girişli «cek») mikrofonun birbaşa qoşulmasını təmin edir. Əgər siz nəinki klavişlə işləyənsiz və eynizamanda vokalistsinizsə, sizə əlavə mikşer almağa ehtiyac yoxdur. Bundan başqa LINE IN (3.5-mm girişli «mini-cek») audiopleyerin qoşulması üçün istifadə olunur, o da öz növbədində misal olaraq əvvəl yazılmış akkompanement üzərindən işləmək imkanı yaradır.

 

 

Quick Layer/Split funksiyası
 

Xüsusi düymələr yatırım ayarlarını və Layer/Split klaviaturasının bölünməsini idarə edir. Birinci tembrın seşimindən başlayın, sonra yatırımı (Layer) və ya bölünməni (Split) aktivləşdirmək üçün müvafiq düyməni basın. Bununla üzərində ikinci səsi seçmək və misal olaraq klaviaturanın bölgü nöqtələrini yatırtmaq kimi başqa ayarları təyin etmək üçün ekrana səhifə çıxır. Bundan sonra yekunlaşmış ayarları kombinasiya şəklində yadda saxlamaq olar.

 

Vokal yazmaq və yatırım ilə ifa üçün stereofonik audiorekorder

 

Quraşdırılmış stereofonik audiorekorder nəinki KROSS-a aid, həmçinin mikrofon və ya xarici pleyerin siqnalını yaza bilir. İstifadəçi yaradılmış trekləri səsləndirə bilər və hətta  hazır mahnıların və demo-yazmaların yatırım ilə yaradılması üçün yazmanı həyata keçirə bilər. Audiofaylları SD (ayrıca əldə olunur) yaddaş kartının köməyilə WAV formatında import və eksport etmək olar, bu da kompyuter ilə məlumat mübadiləsinin yüksək effektliliyini təmin edir.


Electribe qruv-maşınlarının mərhələli sekvensoru, 16-trekli MIDI-sekvensordram-maşın və arpeciator

 

KROSS iş stansiyası populyar Electribe qruv-bokslarında olduğu kimi mərhələli sekvensor ilə təchiz olunub. Fərqli notların yandırılma və söndürülməsi üçün istifadə olunan 16 düyməli sadə və başa düşülən dizayn 64 addıma qədər uzadılan ritmik patternləri tez və asan proqramlaşdırmağa imkan yaradır. KROSS musiqi iş stansiyasına lazım olan bütün əsas funksiyaları özündə cəmləşdirir, fərqli notların kvantlaşdırılması, nüsxələnməsi, yerləşdirilməsi və redaktə ediləsi kimi opsiyalar ilə 16 zolağlı MIDI-sekvensor daxil olmaqla. SD (ayrıca əldə olunur) kart vasitəsilə standart MIDI faylları kompyuter ilə mübadilə etmək olar. KROSS ifaçının musiqi stansiyasından gözləmə ixtiyarında olduğu

zərbəlilər trekləri (zərbələr partiyalarını əlavə etmək üçün müvafiq düyməyə basmaq yetərlidir) və gitara riffləri, bas frazaları və daha başqalarını yaratmaq üçün polifonik arpeciator kimi bütün imkanları öz səlahiyyətində təqdim edir.


 

USB vasitəsilə kompyuterə qoşulma
 

MIDI-məlumatları ilə mübadilə etmə üçün KROSS USB vaitəsilə kompyuterə qoşula bilər. KROSS Editor və Plug-In Editor programları eyni zamanda birbaşa kompyuterdə çoxlu sayda parametrlərə nəzarət və redaktə etməyə və KROSS-u proqram sintezatoru kimi səsyazma proqramının daxilində plagin formatında istifadə etməyə imkan yaradır.

 

* KROSS Editor və Plug-In Editor proqramlarını Korg veb saytından yükləmək olar: http://www.korg.com.

 

 Spesifikasiya


Klaviatura

KROSS-61
61 klaviş

 

* Basma sürətinə həssaslıq
 

* C2 — C7 standartı ( [C1...C6] — [C3...C8] diapazonunda əvəz olunur)

 

KROSS-88
88-klavişli: NH çəkicvari klaviaturası (Natural Weighted Hammer Action)

 

* Basma sürətinə həssa
 

* A0 — C8 standartı ( [A-1...C7] — [A1...C9] diapazonunda əvəz olunur)
 

* NH klaviaturası real klaviatura davranışını əks edir, aşağı registrda daha ağır və klaviaturanın yuxarı hissəsində daha yüngül əks təsir ilə.


 

Sintez sistemi

EDS-i (Enhanced Definition Synthesis-integrated)


 

Tembrlar

Maksimal polifoniya:   
80 səs (80 generator) / Single Mode rejimi
40 səs (40 generator) / Double Mode rejimi
* Maksimal polifoniya generatorların ayarlanmasından asılı olaraq dəyişilir, məsələn, stereofonik multisempllar ilə və ya basma sürətinə nəzərən krossfeydinqlə iş zamanı.

PCM preset dalğalı yaddaş:
Təxminən 112 Mb (48 kHz/16 bit konvertasiyası anında xəttli PCM-formatında)

421 multisempllər (6 stereofonik multisempllar)
890 baraban semplları (49 stereofonik multisempllar daxil olmaqla)

Proqramalar:
Generatorlar
OSC1 (Single rejimi), OSC1 + 2 (Double rejimi): Hər generatora Velocity/krossfeydinq/yatırım ilə stereofonik multisemplların və dördqütblü keçiricinin dəstəyi.

 

Filterlər
Filterlərin dörd kombinasiya rejimi (təkli, ardıcıl, parallel, 24 dB)
Hər generatora iki çoxrejimli filter (Yuxarı Tezliklərin kəsimlisi, Aşağı Tezliklərin kəsimlisi, zolağlı, rejetorlu)

Modulyasiya

Hər generatora: iki əyri generator (Filter & Amp), iki LFO generatoru, iki klaviatura trekinqi generatoru (Filter & Amp), iki AMS mikşeri, yuxarı əyrilikli, ümumi LFO generatoru, iki ümumi klaviatura trekinqi generatoru

Kombinasiyalar:
Tembrlərin sayı
Maksimum: 16 tembr
Tembrları keçirmək üçün Key Zone və Velocity Zone parametrləri, Tone Adjust funksiyası proqramların lokal redaktəsi üçün
Master-klaviatura rejimində iş
Xarici MIDI-qurğuların idarə edilməsi

Zərbəlilər dəsti:
Zərbəlilərin stereofonik və monofonik semplları
4 Velocity Zone keçiriciləri (krossfeydərlər və/və ya yatırımlı)

Zərbələrin kombinasiya/proqram/dəst sayları:
User: 640 proqram (512 preset)
User: 384 kombinasiya (256 preset)
User: 48 zərbələr dəsti (32 preset)
Preset: 256 proqram GM2 + 9 zərbələr dəsti GM2

Favorite düymələri:
User: 64 (16 düymə x 4 bank)


Effektlər


 

Boşluq effektləri:
5 boşluq effektləri (stereo giriş/çıxış)

Master-effektlər:
2 master-effektlər (stereo giriş/çıxış)

Effektlərin növü:
Cəmi: 134 növ

 

* 74 növ boşluq effekti
* 101 növ master-effekt 1
* 120 növ master-effekt 2

Modulyasiya:
Dinamik modulyasiya

Effeklərlə idarəetmə şinləri:
Stereofonik yan kanalları (Limiter, Gate, Vocoder və s.)



 

Polifonik arpeciator

 

Program Rejimi:
1 modul

Combination və Sequencer Rejimləri:
2 modul

Patternlərin sayları:
1,028 istifadəçi patternləri (916 preset)
5 preset patternləri

Tonların sayı:
12 ton

Addımların sayı:
Maksimum: 64 addım



 

Mərhələli sekvensor

 

Program Rejimi:
1 modul

Combination Rejimi:
1 modul

Sequencer Rejimi:
1 modul

Tonların sayı:
12 ton

Addımların sayı:
Maksimum: 64 addım
*Mərhələli sekvensorun ayarları hər proqram, kombinasiya və ya mahnı üçün asılı olmadan təyin olunurlar.


 

Zərbəlilərin trekləri

 

700 preset patternləri (sekvensorun patternləri ilə birlikdə)

Trigger Mode/Sync/Zone Parametrləri


 

Sequencer Rejimi

 

Treklər:

16-trekli MIDI-sekvensor

Mahnıların sayı:
Maksimum 128


 

Keyfiyyət:
480 PPQN

Temp:
40.00 — 300.00 (1/100 BPM)

Maksimal yaddaş:
210,000 MIDI

Sayğac:
Takt/ Pay/ Tik

Mahnı şablonları:
16 preset/ 16 istifadəçi

Presetlər:
700 pattern (zərbəlilər treki patternləri ilə birlikdə)

Format:
Format KORG (KROSS), format SMF 0/1



 

Audiorekorder

 

Yazma formatı:
PCM (48 kHz/16 bit)

İmport:
WAV (.wav) faylları: 44.1 kHz*/16 bit, 48 kHz/16 bit, stereo
* Avtomatik çevrilmə 44.1 kHz > 48 kHz

Eksport:
WAV (.wav) faylları:  48 kHz/16 bit

Arasıkəsilməz yazmanın vaxtı:
Maksimum: 3 saat

Yazma vaxtı:
SD kartın yaddaşından asılı olaraq; təxm. 1 Gb  - 90 dəq.

Mahnı sayı:
Maksimum: 200

Multitrekinq zamanı yatırımların sayı:
SD kartın yaddaşından asılı olaraq

 

Sayğac:
Saat/ Dəq/ San



 

Media Rejimi

 

Menu File, Utility, Information


 

İdarəetmə

 

Ümumi idarəetmə:
Pitch Bend çarxları və Step Sequencer/Favorite Seksiyası:
1 — 16 düymələri, STEP SEQ düyməsi, SET UP düyməsi, RUN düyməsi, FAVORITE düyməsi,
BANK düyməsi, səs diodları: A/B/C/D (“STEP SEQ” və “FAVORITE” rejimlərində istifadə olurlar),

Zərbəlilər trekləri:
DRUM TRACK düyməsi

Arpeciator:
ARP düyməsi

Effektlərlə idarəetmə:
MASTER FX düyməsi

Audiorekorder:
SETUP düyməsi, PLAY/PAUSE (> / II) düyməsi



 

İstifadəçi interfeysi

 

Displey:
Maye-kristal, 240 x 64, işıqlanmalı və kontrastlıq ayarlanması ilə (EXIT düyməsini basıb saxlayaraq, Value çarxını fırladın)

Kateqoriya seçimi:
Təkərlər[CATEGORY] və [SELECT]

Rejimlər:
Düymələr [COMBI], [PROG], [SEQ], [GLOBAL/MEDIA]

Parametrlərlə idarəetmə:
[VALUE] Çarxı, kursor düymələri (sola/sağa/yuxarı/aşağı), [EXIT], [ENTER], [FUNCTION], [PAGE+], [PAGE-], [MENU] düymələri

Sekvensorla idarəetmə:
[PAUSE], [REW], [FF], [LOCATE], [REC], [START / STOP] düymələri

Templə idarəetmə:
Nizalayıcı [TEMPO], [TAP] düyməsi

Bölmə/klaviatura yatırımı idarəetməsi:
[SPLIT] və [LAYER] düymələri
Əlavə olaraq:
[AUDIO IN] düyməsi, [VOLUME] nizamlayıcısı

 


İdarə olunan girişlər
 

DAMPER (yarımpedallamaq dəstəyi ilə)
ASSIGNABLE SWITCH
ASSIGNABLE PEDAL


 

Çıxışlar
 

AUDIO OUTPUT (L/MONO, R)
6.3-mm qeyri-simmetrik girişlər «cek»
Xarici müqavimət: 1.1kОm (mono qoşulma zamanı = 550 Оm)
Maksimal səviyyə: +10.0 dBu, yüklənmə müqaviməti: > 10 kОm.

Qulaqcıqlara çıxış:
3.5-mm stereo minicek
Xarici müqavimət: 33 Оm, maksimal səviyyə: 40 + 40 mWt


 

Girişlər
 

AUDIO INPUT (Line In):
3.5-mm stereocek
Daxili müqavimət: 1.1 kОm
Maksimal səviyyə: -42 — 0 dBu

MIC IN:
6.3-mm qeyri-simmetrik cek
Daxili müqavimət: 33 Оm
Maksimal səviyyə: -48 — -6 dBu

MIDI
IN, OUT

USB
Type B x 1 (interfeys USB-MIDI)


 

SD Card yaddaş kartı üçün slot
 

1 slot
Maksimal dəstəklənən həcm: 2 Gb SD Memory Card
Maksimal dəstəklənən həcm: 32 Gb SDHC Memory Card
(SDXC Memory Card kartları ilə iş dəstəklənmir)


 

Elektrik cərəyanı
 

Adapter (- 9V), POWER düyməsi
6 qələvili batareya və ya nikel-metalloqidrid AA formatlı akkumulyatorlar

Batereyadan işləmə müddəti:
 6 AA formatlı qələvili batareya quraşdırılması zamanı: təxm. 4 saat*
6 AA formatlı nikel-metalloqidrid batareya quraşdırılması zamanı  (1900 mА/s): təxm. 5 saat*


 

* İş vaxtı batareya markasından və ətraf mühit şəraitindən asılı olaraq dəyişir


 

Enerji sərfi
 

5 Wt

 

Ölçüləri
 

KROSS-61 = 942 х 281 х 91 mm
KROSS-88 = 1,448 x 383 x 135 mm


 

Çəki
 

KROSS-61 = 4.3 kq
KROSS-88 = 12.4 kq


 

Aksessuarlar
 

Enerji adapteri
Təlimat «Qısa istifadə təlimatı»


 

Opsiyalar
 

Səsvermə/ekspressiya pedalı XVP-10
Pedal kontrolleri EXP-2
Susteyn pedalı DS-1H
Pedal keçiricisi PS-1, PS-3


KORG USB-MIDI drayveri üçün sistem tələbatı 

Windows
ОС:
Microsoft Windows XP Home/Professional Edition SP3
Windows Vista SP2 (tam redaksiyalı, 64-bit daxil olmaqla)
Windows 7 SP1 (tam redaksiyalı, 64-bit daxil olmaqla)
Windows 8 (tam redaksiyalı, 64-bit daxil olmaqla)

 


Kompyuter:
USB portu (Intel USB Host Controller çipseti tövsiyə olunur)

Macintosh
ОС:
Mac OS X 10.5, 10.6, 10.7, 10.8

Kompyuter:
Mac OS X sistem tələbatlarına cava verən və Intel prosessoru və USB portu ilə təchiz olunan Apple Macintosh


Xarici görünüş və texniki xarakteristikalar ayrıca xəbərdarlıq olunmadan dəyişdirilə bilər.

 
Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Brendlər

VOXAmpegJohannusAlto ProfessionalKorg
10
brendlərin