Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG KRONOS X-73

Rəqəm: 210617, Vendor şifrəsi: 100012961000
€ 3737.36 € 2500.00

Malların mövcudluğu

Mövcüd deyil

Təsvir

MUSiQi İŞLƏMƏ STANSİYASI

Sürprizlərə hazır olun.

Məlumdur ki, Korg şirkəti yarım əsr ərzində texnoloji innovasiyalar sahəsində və səsləndirmə avadanlıqlarının yüksək keyfiyyətlilik göstəriciliyində lider mövqeyini qoruyub saxlamaqdadır. Bu zaman ərzində Korg mühəndisləri bütün dünyada hətta ən tələbkar musiqiçilərin tələblərinə cavab verən hər növ kateqoriyada məhsullar yaratmışlar, qabaqcıl və daha çox tələb olunan sintezator və klaviş modellərinin ərsəyə gəlməsində əmək sərf etmişlər. 1988-ci ildə Korg əfsanəvi M1 modelini ərsəyə gətirməklə musiqi iş stansiyalarının yeni kateqoriyasını yaratmışdır. Bugün, 2014-cü ildə şirkət, alətlərin apparat hissələrinin xüsusiyyətləri və funksiyalarında əhəmiyyətli dərəcədə düzəlişlər etməklə musiqi iş stansiyalarını kardinal şəkildə dəyişdi və müasir ifaçının tələblərini qabaqlayaraq KRONOS musiqi stansiyasını təqdim etdi.

 

 

 

İndi ifa başqadır.


KRONOS sadəcə yeni alət olmaq anlamı daşımır. O, sintezator və iş stansiyalarının təkamüllü yolunda mühüm mərhələləri özündə əks etdirir və yeni ideyalar ilə yanaşı müstəsna texnologiyaları özündə təcəssüm etdirir. KRONOS musiqiçi ifasının qəbulunu əks etdirən bir neçə harmonik işləyən səs modullarını və səsləndirmənin yeni interaktiv funksiyalarını birləşdirir. Ən vacib xarakteristikası bu faktdır ki, KRONOS praktiki olaraq həyəcan verici və müqayisə olunmaz səslərin tükənməz ehtiyyatını təklif edir.Sürprizlərə hazır olun.

 

Doqquz modul – Səsin kainatı


KRONOS ayrı-ayrılıqda doqquz sintezator modullarını özündə birləşdirir ki, onların da hər biri musiqi yaradıcılığında qabaqcıl texnolgiyaların tətbiqini təmin edir.Onlar birlikdə nəinki zəngin Korg irsini təcəssüm etdirir, həmçinin elektron klavişlərin istehsalı inkişafının tarixini tam olaraq təqdim edirlər. Alət klassik, vaxt axarıyla aktuallığını itirməyən, unikal, dünyanı heyran edən, həm də son vaxtların tembrlərini özündə cəmləşdirir.

 

KRONOS seçilən özəllikləri.


• Qabaqcıl ifaçılıq xarakteristikalarına malik yeni nəslin iş stansiyası.

 

• Hər biri musiqi yaradıcılığında unikal texnologiyaları istifadə edən 9 səs modulları (növbəti siy. baxın).

 

• 16-taktlı kombinasiya bütün modulların harmonik funksiyasına imkan yaradır; 
Dynamic Voice Allocation funksiyası polifoniyanın ixtisarına mane olur.

• Alət 3 variantda mövcuddur: 61, 73 və ya 88 klavişli
 

•  73 və 88 klavişli klaviatura RH3 Graded Hammer Action Korg  - çəkicvari mexanizm ilə təchiz olunmuşdur.
 

• 61 klavişli model, Korg M3-61 modelinin sintezator mexanikasını özündə əks etdirmişdir.
 

• Universal interfeys, yeni iri – 8 düymlu TouchView™ displeyin ətrafında yerləşdirilmişdir.
 

• SSD (Solid State Disk) sürətləndirilməsi üçün nəzərdə tutulmuş Virtual Memory Technology (VMT) texnologiyasının istifadəsi, polifonik və massiv, fövqəladə uzun və dövrüsüz semplların yaradılmasını təmin edir.

 

Smooth Sound Transition funksiyası: Bu ehtiyac duyulan funksiya, tembrlərin və ya rejimlərin keçirilməsi zamanı notları basıb saxlamaq imkanı yaradır.
Set List rejimi: Programlar, not performans göstərilməklə mahnıların kombinasiyaları rahat səhifədə bir siyahıya daxil olunmuşdur.
Siz eyni zamanda 16 sayda birinci sinif effektlərini istifadə edə bilərsiniz.
- 12 effekt əlavələri
- 2 master-effekt
- 2 ümumi effekt 

 

• Quraşdırılmış sekvensor 16 MIDI-trekləri + 16 audio-trekləri təmin edir (24-v, 48 kHz yazılma göstəricisi ilə)
 

• Açıq sempllaşdırma memarlığı sistemi istənilən Program, Combination və ya Sequencer rejimində sempllaşdırma və resempllaşdırmaya imkan yaradır.
 

• Sizin yaradıcılıq prosessinizi yaxşılaşdırmaq üçün KARMA® texnologiyasının sonsuz fraza dəyişkənlikləri, musiqi effektləri və backing-track yaratması imkanları var. 
 

•  Eyni zamanda baraban qruvları ifa etmək üçün Drum Track genişləndirilmiş funksiyası.
 

• Dünya səviyyəli musiqiçilərin «Firma» səsləri, onların idarəçiliyi altında.

 

Səslərin işlənməsi və yaradılması üçün yeni nəslin iş stansiyası

KRONOS musiqi iş stansiyası, xüsusi olaraq “canlı” işləyən ifaçılar, studiya və ya kompyuter yaradıcılıq sahəsi yaradıcıları, həmçinin öz işlərində ən yeni sintezator modellərinə ehtiyac duyan musiqiçilər və səs mühəndisləri üçün yaradılmış yeganə alət özəlliyini özündə əks etdirir. KRONOS hazırlanması zamanı bir sıra musiqiçilərin fikir və arzuları dinlənilmişdir. Bunun əsasında da KRONOS yaradılmışdır.

 

LIVE – klaviaturada ifa etmək üçün


KRONOS, ifa texnikasına dəqiq uyğunlaşan heyrətamiz klaviatura səslərini istifadə etməyə imkan yaradır. Genişləndirilmiş idarə paneli sizin istifadənizə joystiklər, slayderlər, tənzimləyicilər, keçiriciləri, lentli kontroller, təyinatlı pedal girişləri və əlbəttə ki təkmilləşdirilmiş rəngli  TouchView™ displeyini təqdim edir. Eləcə də alətdə asan mahnı seçimi və ya səhnə şousuna hazırlaşmaq üçün istifadəsi sadə olan Set List rejimi və Smooth Sound Transition funksiyası kimi yeniliklər tətbiq olunub. Bundan başqa, hər iki 73 və 88 klavişli modeldə daha mükəmməl ifanı təmin etmək üçün RH3 klaviş yastığı istifadə olunur, 61 klavişli model isə Korg M3-61 modelinin sinteztor maxanikasını özündə əks etdirir.

 

PRODUCTION – rejissor, musiqi rəhbəri və musiqiçi tələblərinin təminatı

Bu alət səhnə tədbirləri üçün treklərin montajından tutmuş qruvların seçiminə qədər və müasir media layihələrində musiqi müşayiətinin yaradılması kimi studiya işlərinə tam yararlıdır. Belə kreativ öhdəliklərin reallaşdırılması üçün Korg,  açıq sempllaşdırma memarlığı sistemi ilə, heyrətamiz effeklər və həmçinin bir sıra tanınmış Daw-platformaların inteqrasiyası üçün plagin ilə yanaşı sekvensoru 16 MIDI – treklər və 16 audiotreklər olan KRONOS, musiqi stansiyasını yaradıb. Bütün yuxarıda sadalananlardan başqa KRONOS, fenomenal səsləndirməyə, dinamik və heyran edici zərbə effektlərinə malikdir, həmçinin KARMA texnologiyası, zərbə trekləri və musiqi yaratmaq prosesini sürətləndirən RPPR-sekvensoru texnologiyasını istifadə edir.

 

SYNTHESIS – entuziastlar və səs mühəndisləri üçün proqramlaşdırmadan həzz alınma.

Korg KRONOS iş stansıyası, programçının, səs mühəndisinin və öz ideyaları ilə fövqəl baxışlarını səsə istiqamətləndirməyə can atan sadə sintezator həvəskarı olan musiqiçilərin bütün tələblərini qarşılamaq üçün planlı şəkildə yaradılıb. KRONOS, Korg`un arzusunu canlandırıb: sintezin əsası - yeni və əvvəllər mövcud olmayan səslərin yaradılmasından alınan həzz. Bərabəri olmayan nəticələr əldə etmək üçün Korg, bir sıra eksklüziv texnologiyalar – VMT (Virtual Memory Technology); CMT (Component Modeling Technology); Physical Modeling, Digital Synthesis, Wave Sequencing, MDS (Multi-Dimensional Synthesis); KARMA® və s. yaradıb!

 

Bir alətdə cəmləşən doqquz sintezator modulu.

KRONOS doqquz unikal sintezator/səs modullarını özündə cəmləşdirir. Onlardan hər biri müxtəlif avadanlıqlarda ayrı-ayrılıqda istifadə olunurdu, ancaq KRONOS onları özündə cəmləşdirən yeganə alət oldu. Dinamik tembrlər və yeni texnologiyalar səs  modullarına bir apparat platformunu aramsız istifadə etmək imkanı yaradır. Və bu işin nəticəsi sadəcə olaraq heyrətamizdir.

 

SGX-1 Premium Piano
Fortepiano səs modulu

 

Siz heç bir iş stansiyasında belə fortepiano səsləndirilməsi eşitməmisiniz. Konsert fortepianosunun zəngin xarakterinin dəqiq çatdırılması üçün Korg, mövcud sempllaşdırma metodları məhdudiyyətlərindən imtina edib. Böyük semplləri daxili Solid State Disk (SSD) diskindən birbaşa səsləndirmək üçün Virtual Memory Technology (VMT) texnologiyası istifadə olunmuşdur. SGX-1 Premium Piano səs modulu royalların iki modelini təqdim edir: D - almaniya modeli və C – yaponiya modeli. Hər royal əla, hər klaviş üçün dinamik həssaslığın səkkiz səviyyəsində dövr olunmayan stereosempllar istifadə edir. Detallara olan maksimum diqqət, fortepianonun tembr reallığı və duyumluluğunu qoruyub saxlamağına imkan yaradır. Bu həm sempllaşdırmağa, həm də royalın korpusunun rezonansını səsləndirməyə, həmçinin klavişi və ya dempfer pedalını basarkən yaranan mexaniki səslərə aiddir. Hər klavişli alətin əsası fortepianodur, SGX-1 modulu isə KRONOS üçün ideal alət pozisiyasında qalmağa imkan yaradır.

EP-1 MDS Electro Piano
Elektropiano səs modulu

 

Yeni EP-1 modulu, bir qədər tanınmış altı klassik elektropiano modellərinin səsləndirilməsinin ötürülməsi üçün nəzərdə tutulub. MDS (Multi-Dimensional Synthesis) texnologiyası, dinamik həssaslıqla keçirilən sempllar arasında keçidləri və lupların sempllarının qeyri-təbii davranışını istisna etmək imkanı yaradır.

O, istifadəçiyə həm də bu elektromexaniki alətlərə fərqli xarakter bağışlayan səslər və səs elementlərinin unikal idarəetməsi imkanını yaradır. MDS səsləri müəyyən klavişlərin yüngül toxunuşuna dərhal reaksiya verir. Bu texnologiya həmçinin rəqəmsal texnologiyalardan gözlədiyinizdən  daha artıq heyrətamiz dinamik diapazon istifadə etmək imkanı yaradır – bununla yanaşı energetikanın qorunub saxlanılması və ifa olunan keçidlərin vəziyyətininin saxlanılması təmin olunur. Elektropianonun altı modelinin hər biri gücləndiricinin realistik immitasiyasını, kabinə, dinamiklər və hətta orijinal alətlərin seçilən xarakterini ifadə edən nadir vintaj effektlərini yaradır. Səslərdən başlayıb toxunuş və effektlərlə bitən bütün elementlər yeni elektropiano texnologiyalarının yaradılması üçün ayrı-ayrılıqda koordinasiya olunur.

 

CX-3 Tonewheel Organ
Tonewheel orqanının səs modulu

 

Korg CX-3 model elektroorqanı ilk dəfə 1980-ci ildə satışa çıxarılmışdır. Musiqiçilər tərəfindən sevilərək, yenidən 2000-ci ildə eyni ad altında yeni məhsul şəklində buraxılmağa başlandı, ancaq son texnologiyaların istifadəsi və zaman ilə yoxlanılmış tonewheel orqanının tembrinin istifadəsi ilə. CV-3 modulu KRONOS-a klassik elektromexaniki alətin xarakteristikalarını dəqiqiliklə ötürür. Korg-un özəl texnologiyası lampalı gücləndiricinin, vibrato/xorus effektlərinin və dövr edən dinaların səsləndirilməsinin yaradılması üçün istifadə olunur. Bu modeldə hər şey nəzərə alınmışdır, hətta səslənmənin qeyri stabilliyi və xarakterik səslərin olması. Registriləri 9-dan 18-ə çevirərək (13 + 5 - perkussiya seçimi üçün) Korg-un eksklusiv EX-rejiminin istifadəsindən həzz alın və daha detallı səslər hazırlayın. Tanınmış musiqiçilərin əfsanəvi çıxışlarından sizə tanış olan orqanın tembrləri, artıq sizin üçün əlçatmaz deyil. Klassik orqanın müasir ifaçı üçün ərsəyə gəlmiş bu tembrləri ilə eksperimentlər etməyə çalışın.

 

HD-1 High Definition Synthesizer.
PCM, sempllaşdırma və Wave Sequencing  funksiyası ilə flaqman səs modulu.

 

Bu modul Korg-un qarışmayan semplların səsləndirilməsi, rezonanslı çoxrejimli enlizolağlı filterlər və heyrətamiz tez və həfif LFO kimi xarakteristikalarının hesabına yaranan öz heyrətamiz səsinə görə HD-1 “High Definition” adlandırılıb. Yenə də mümkün daxili yaddaşdan fərqli olan HD-1 üçün daha çox sempllar (1GB qədər) istifadə etmək imkanı yaradan SSD və Virtual Memory Technology (VMT) texnologiyaları barədə xatırladırıq. HD-1 orkestr musiqisindən klassik musiqiyə, rokdan hip-hopa qədər bütün əsas tembrləri ən xırda detallarına qədər ötürür. KRONOS belə möhtəşəm sempl spektrini sintezatorlar və semplerlərdən ibarət bütün mövcud olan siyahılardan seçməklə filmlər, video və səs effektləri ilə iş vaxtı heyrətamiz nəticələrə zəmanət verir.

 

Wave Sequencing
 

Bu funksiya ilkin olaraq Korg WAVESTATION modelində təqdim olunub, ancaq sözü gedən modeldə HD-1 modulunda istifadə olunur. Wave Sequences, ritmik tembrlər və ya həfif mürəkkəb səslər yaradaraq sempllər seriyası səsləndirməyə imkan yaradır. Həmçinin mərhələli sekvensorun modulyasiya çıxışları bu funksiyaya proqramın bütün modulyasiya parametrlərini idarə etməyə imkan yaradır.

 

Ambient Drums
 

HD-1 səs modulunun tərkibinə həm də Korg tərəfindən tətbiq olunan "Ambient Drums" bibliotekası daxildir. İnanılmaz zərbə partiyalarının yaradılması üçün onun zəngin tərkibindən həzz alın. Ambient Drums`a iki dəsti daxildir ki, onların da hər birinin tərkibinə bütün quraşdırmanı əhatə edən (keçirilən/yanan kiçik baraban ilə) üç müxtəlif mikrofon səmti və həm də individual zərbələr daxildir. HD-1 memarlığı səsləri başqa qatlarla qarışdırmaq və trekə son ştrixləri verməklə istifadəçiyə müstəqil olaraq lazımı zərbə tembrlərini tərtib etməyə imkan yaradacaq.

 

 

AL-1 Analog Synthesizerhe
Analoq modelləşdirilmənin yüksək keyfiyyətli səs modulu

 

AL-1 ilk dəfə 2005-ci ildə Korg OASYS (Open Architecture Synthesis Studio) modelində təqdim olunan həmin analoq modelləşdirməni özündə əks etdirir. Onun çox aşağı koeffisiyentli qarşılıqlı işlənməsi olan (HD-1-dan əla texnologiyalar istifadə edən) patentləşdirilmiş generatorları əksər sadə modelləşdirilmiş generatorların baş ağrısı olan hər hansı bir artefakt olmadan analoq sintezinin bütün qüvvəsi və heyrətamizliyini yaradır. Dalğa formalarının transformasiya mövcudluğu, sizə real vaxt rejimində generator formalarını dəyişməyə imkan verəcək. Rezonans modelləşdirilmə, filterin klassik səsləri ilə filterlərin hibrid formalarını yaratmağa kömək edən və son dərəcə tez uyuşan MultiFilter arasında seçim imkanı verir. Sinxronizə, oyanma konturu, aşağıtezlikli gücləndirilmə və dairəvi modulyasiya siqnal tembrinin idarəolunmasında böyük potensial reallaşdırır.

MS-20EX Legacy Analog Collection
Analoq modelləşdirilmənin səs modulu

 

1978-ci ildə buraxılan MS-20 modeli, 37 klavişli klaviaturanı şaquli yerləşdirilmiş idarəetmə paneli ilə birləşdirdi və böyük ölçülü bahalı sintezatorlardan yorulan istifadəçilər tərəfindən bəyənildi. Dolğun və zəngin səslənməyə, aqressiv filterlər və “patching”-ə malik, səslərin yaradılması üçün sərhədsiz potensial açan MS-20 modeli bahalı musiqi oyuncağından seçilir. Korg CMT (Component Modeling Technology) texnologiyasını istifadə etməklə MS-20EX modeli “patching” funksiya panelini genişləndirməklə yanaşı tamamilə MS-20 xarakteristikasını yaradır. İndi siz filterləri modelləşdirə, idarəetmə siqnallarına audio girişləri qoşa, əlavə LFO və real zaman kontrollerləri əlavə olunmaqla modulyasiya mənbəylərinin bütün nizamlayıcılarını idarə edə biləcəksiniz. Bir sözlə bu musiqiçinin arzusudur! Ancaq hətta bu “patching” panelini istifadə etmədən MS-20EX, kökündə AL-1 və ya PolysixEx-də istifadə olunan filterlərdən fərqlənən  filterləri sayəsində yaranan unikal aqressiv tembri ilə yüksək təsir bağışlayır. Və unutmayın ki, indi KRONOS versiyası polifonik olmuşdur.

 

PolysixEX Legacy Analog Collection
Analoq modelləşdirilmənin səs modulu

 

İlkin olaraq Polysix olduqca yuxarı qiymətə olmayan altısəsli polifoniya və proqram yaddaşı təklifi ilə kütləyə 1981-ci ildə təqdim olunmuşdur. PolysixEX modeli, dördqütblü filterə, Chorus/Ensemble effekti əlavə etməklə həfif analoq generatoru və subgeneratoruna malik olmaqla orijinalın imkanlarını üstələyir. Simlilər və pedlərin olması Polysix`in əsas xarakteristikasıdır ki, indi 80-cilərin musiqisinin ifasında dəyərsiz funksiya olacaq. Eləcə də yeni modeldə klassik arpeciator saxlanılmışdır. Qabaq paneldə hər nizamlayıcıya əsas səslərin dəyişdirilməsi üçün modulyasiya əlavə olunmuşdur. Eləcə də KRONOS tembrinin ayarlanması çox asan olmuşdur: Polysix panelində mümkün olan nizamlayıcı, slayder və ya keçirici istifadə etməklə. Bonus şəklində isə siz, son dərəcə çoxsəsli polifoniya əldə edəcəksiniz.

 

 

MOD-7 Waveshaping VPM Synthesizer
VPM/Waveshaping/PCM səs modulu

 

MOD-7 özündə  VPM (Variable Phase Modulation) dalğa formasının dəyişdirilməsi texnologiyasının kombinə edilməsini əks etdirən modul sintezatorunu, dairəvi modulyasiyanı, semplların və oxunan (subtraktiv) sintezin səsləndirilməsini əks etdirir. Tamamilə universal modul, praktiki olaraq klassik FM-elektropiano və ya zənglər və istənilən miksi tamamlayan sintetik baslardan tutmuş dəyişilən şəffaf podkladlara qədər (vintaj DX-sintezatorların səslərinin importu imkanı daxil olmaqla) istənilən səsin səsləndirilməsi imkanına malikdir. Bu olduqca zəngin səs palitrası, universallıq və güc, onu istənilən şəraitdə istifadə etmək imkanını yaradacaq. Musiqiçi semplları FM-modulyarorlar qismində istifadə edə bilər və çoxmərhələli filterasiyanın kombinasiya yolu ilə, dalğa formasını dəyişərək və dairəvi modulyasiya yolu ilə son dərəcə zəngin səslər yarada bilər.

 

STR-1 Plucked String Synthesizer
Fiziki modelləşdirmənin səs modulu

 

Korg patentləşdirilmiş fiziki modelləşdirmə texnologiyasının əsasında uzun illər ərzində yaradılmış bu səs modulu, özündə bir çox qabaqcıl texnologiyaları cəmləşdirib. STR-1, sizin toxunuşlarınıza PCM səs modullarından fərqli olaraq kəskin həssaslıqla reaksiya verən tembrinin sarsıdıcı səslənməsi ilə seçilir. Bu modul akustik gitara, elektrogitara, klavesin, klavinet, arf, zənglər və etnik alətlərin tembrləri tərkibinə malikdir. İndi STR-1 yaradıcı prosesi bütün mövcud fiziki qanunların çərçivəsindən çıxır. İndi siz, fortepiano metal plastinində və ya gitaranın bir simində ifa edə bilərsiniz. STR-1 ilə bu mümkün oldu. Həmçinin fiziki modelləşdirmə yolu ilə siz, canlı çıxışın semplları və audiosiqnallarını, hətta bütün KRONOS effektlərinin geri təsirlərini montaj edə bilərsiz. Əgər bəzi KRONOS səs modulları keçmişə istiqamətlənibsə, məhz bu modul musiqiçiyə həqiqətən yeni tembrlər yaratmağa imkan verərək gələcək texnologiyalara yönəlmişdir.

 

Dünya səviyyəli ifaçıların töhfəsi

Bu doqquz modulun tətbiqi zaman Korg iş komandasına konsultasiya üçün tanınmış musiqiçilər dəvət olunmuşdular. Bu dünya şöhrətli ifaçılar, bizim işlərə tənqidi qulaq asaraq və öz ideallarının uyğunluqlarına nail olmaqla öz vaxtlarını və enerjilərini sərf ediblər. Müəyyən tembrlər sınaqdan keçirlib və heyrətamiz səslənməyə olan sevgiyə və tələbkar dəqiq eşitmə qabiliyyətinə malik Herbie Hancock, Jordan Rudess, Frank McComb, George Duke, Lyle Mays, Russ Ferrante, Tom Coster, Jeff Lorber, John Novello, Ricky Lawson kimi və digər başqa musiqiçilər tərəfindən qiymətləndirilib və yenidən işlənilib.

 

Korg iş stansiyasının tərkibi

Hədsiz səs potensialı ilə təchiz edilmiş KRONOS, indi sintezator olmaqdan daha artıqdır. KRONOS müasir iş stansiyasının bütün vacib xüsusiyyətlərinə malikdir. KRONOS musiqi iş stansiyası, canlı ifa və musiqi yaradıcılığının bütün tələblərinə cavab verir. Doqquz modulun hamısı əlavə platalar və ya polifonik bloklar quraşdırmağa ehtiyac duymadan həmin apparat təminatını istifadə edirlər. Eləcə də sizə prosessorun yüklənməsi barədə narahat olmağa əsas olmayacaq. KRONOS real zaman rejimində misilsiz funksiyalıq təmin etməklə modulların gərginliyini avtomatik keçirir. Əlavə olaraq KRONOS,  studiyada güclü səs istifadəsi imkanı yaradaraq müxtəlif rəqəmsal iş stansiyaları ilə plagin kimi işləmək bacarığına malikdir.

 

 

KARMA Sistemi
 

İlkin olaraq 2001-ci ildə musiqi iş stansiyasında təqdim olunan Karma Korg, inqilabi alqoritmik texnologiyaya malikdir və misilsiz frazalar, dram-qruv`lar və tammiqyaslı akkompanement treklərin yaradılması üçün nəzərdə tutulub. İfa olunan notlara və akkordlara əsasən və ya nizamlayıcıların, slayderlərin, keçiricilərin köməyilə icra edilən əməliyyatlardan asılı olaraq siz, xəyali musiqi effektləri yarada bilərsiniz. İndi bu texnologiyanın ikinci nəsli, KARMA Wave-Sequencing, Note Mapping və hər qatda 8 səhnə kimi funksiyalarına malikdir ki, bu da KARMA-nı yeni model KRONOS-un standart təminatı edir. Bu sistem sizə mahnı yazılması və canlı performansların yaradılmasında misilsiz əlavələrin edilməsi imkanlarını genişləndirməyə imkan yaradacaq.
*KARMA®(Kay Algorithmic Real-time Music Architecture)və KARMA loqotipi, Stephen Kay, Karma Lab LLC, www.karma-lab.com lisenziyası ilə patentləşdirilmiş texnologiyanı təmsil edən registrasiyadan keçmiş əmtəə nişanıdır.

 

Zərbələrin trekləri
 

KRONOS həmçinin M3 və M50 modellərinin Drum Track funksiyasını özündə əks etdirib. Bu funksiya sizə sadə maraqlı ritmik trekdən tutmuş tam zərbəlisinə kimi trekin bütün tərkibini yaratmağa imkan yaradacaq. KRONOS Ricky Lawson kimi ifaçılar tərəfindən yaradılan, mahir ifanın misilsiz təsirini bağışlayan zərbələrin professional performansının tərkibinə malikdir. Bu funksiya maşın ritmini qabaqlayaraq bir çox hallarda istifadə oluna bilər və hətta onların yerinə istifadə ola bilər.

 

Sempllaşdırmanın açıq memarlığı sistemi
 

Program, Combination və ya Sequencer –in iş rejimindən asılı olmayaraq, siz KRONOS-u audiosiqnalın istənilən xarici mənbəyinin sempllaşdırması üçün və ya şəxsi siqnalın təkrar resempllaşdırmasına istifadə edə bilərsiniz. İstifadəçi semplları, Truncate, Normalize, Time Stretch və ya Time Slice əməliyyatları ilə redəktə olunur. Redəktə olunmuş sempllar AIFF və ya WAVE formatında eksport olunurlar. Siz həmçinin USB vasitəsilə AIFF, WAVE, SoundFont 2.0 и AKAI S1000/3000 formatında sempllar yükləyə bilərsiniz. Yalnız KRONOS-da başqa alətlər ilə və ya kompyuterdə əvvəl yaradılmış semplları yükləyərək, əlavə avadanlıqlar istifadə etmədən musiqi yaradıcılığı sistemini ayarlamaq olar.

 

16-trekli MIDI-sekvensor/ 16-trekli audiosekvenser
 

KRONOS, 16 MIDI treklər və 16 audiotreklər istifadə etmək imkanı yaradan əsrarəngiz ifa üçün güclü alət sayılan sekvensor/rekorder bölgüsü ilə təchiz olunub. MIDI-sekvensorlaşma sizə fikirlərinizi və qaralamaları KARMA, Drum Track və ya RPPR (real zaman rejimində patternlərin yazılma və səsləndirilməsi) funksiyasının köməyilə yazmağı asanlaşdıracaq. 16 trekli rekorder 48 kHz sempllaşdırma təmizliyində 16 bit/24 bit yığılmamış göstəricilərlə eyni zamanda dörd trekə qədər yazma imkanına malikdir. Yazılmış treklərin səsləndirilməsi anında alətdə ifa etməyə, effektlər əlavə etməyə, sonra yaranan nəticəni KRONOS-da yenidən sempllaşdırmağa və resempllaşdırılmış WAVE faylları birbaşa trekə əlavə etməyə cəhd göstərin. Trekin yaradılmasının yekun mərhələsində lazımı nəticəni əldə etmək üçün mikşerin avtomatizasiyanın müxtəlif funksiyaları və nüsxələmə, yerləşdirmə və normalizasiya kimi redəktə funksiyalarından istifadə edin. Disklərin yazılması üçün USB qoşun və şəxsi albomu birbaşa TouchView ekranında yaradın!

 

 

16 birinci dərəcəli effektlərin eyni zamanda istifadəsi

 

KRONOS, sizin yaradıcılığınıza daha çox emosiyanallıq əlavə etmək üçün 16 daxili effektlər təqdim edir. 12 effekt əlavələrinin hər biri ayrı-ayrı tembrlərə və ya onların kombinasiyasına, həmçinin ayrı treklərə və onların sekvensiyalarına təyin olunur. Master effektlər 1/2 ötürməsinə təyin olunub, ümumi effektlər isə səs işlənməsinin yekun mərhələsində bütün treklərə tətbiq oluna bilərlər. Hər effektin musiqiçilərin bütün yaranabilən tələblərini qarşılayacaq 185 növ tərkibi var. Reverberasiya, xorus, ləngimə, gitara gücləndiricisi, hətta vekoder və digər effektlər mümkündür. Effektlərin inanılmaz çeşidliliyi 72 nizamlanan parametrlərin hesabına, həmçinin real zaman rejimində müxtəlif modulyasiyaların köməyilə mümkündür. Əlavə olaraq çətin duyulan balansların ayarlanmasını təmin edən və ya ümumi səsləndirmənin kreativ modifikasiyası üçün hər tembrin, sekvensorun hər trekinin və hər audiotrekin ayrıca üç zolaqlı ekvalayzeri mövcuddur.

 

İfanın yeni gücü!
 

KRONOS-un hazırlanması zamanı biz çox musiqiçilərin fikir və arzularını dinlədik. Bizim məqsədimiz daha ekspressiv və təbii ifa üçün musiqiçinin öz aləti ilə interaktiv əlaqəsinin yaradılması idi. İlk öncə musiqiçiyə universal və hətta intuitiv idarəetmə paneli təqdim etmək gərəklidir. Ancaq KRONOS-un hazırlanması zamanı biz daha çox irəlilədik və musiqiçinin ifa üslubuna uyğun alət yaratdıq.

 

Set List səhifəsində bir toxunuşla seçim
 

Yeni Set List səhifəsi, musiqiçiyə iş rejimindən asılı olmayaraq üstün tutduğu proqramları, kombinasiyaları və ya mahnıların bütün məlumatlarını yenidən seçmək imkanı yaradır. Set List səhifəsində hərəsində 128 xana olan 128 sahə təqdim olunur. Bu xanalardan 16-sı TouchView ekranında düymə şəklindədir və alaqaranlıq işıqlandırmada iş zamanı yaxşı görüntü üçün müxtəlif rəngə boyanıblar. Bu xüsusiyyət canlı ifa zamanı çox rahatdır. Həmçinin Set List səhifəsində müəyyən anları unutmamaq üçün (məsələn - mahnının tonu), ifa olunan bəstənin partiturasını görüntüləmək olar. Elə bu səhifədə də yekun mərhələdə əsas səs siqnalına istifadə etmək üçün və ifanın akustik xarakterini əvəzləmək üçün istifadə olunan stereofonik qrafik ekvalayzer görüntülənib.

 

Smooth Sound Transition texnologiyası keçirmə zamanı səs uyğunsuzluğunu istisna edir
 

KRONOS yeni Smooth Sound Transition texnologiyası ilə təchiz olunub. Bu güclü texnologiya Program və Combi rejimlərini keçirərkən və ya dəyişərkən yaranan səs uyğunsuzluğunu aradan qaldıraraq uzadılan, səsləndirilən və ya susteynləşdirilmiş notların (və onların effektlərinin) səslənməsini yaddaşa saxlamaq üçün hazırlanıb. Smooth Sound Transition texnologiyasının tətbiqi bu boşluğu bərba etmək imkanını yaratdı, bu da öz növbəsində çoxsaylı musiqiçilərin arzularının həyata keçməsi oldu.

 

TouchView rəngli displeyi
 

Korg TouchView qrafik istifadəçi interfeysi yeni böyük 8 düymlu sensor ekranda (800 x 600 piksel) əsaslanıb. TouchView displeyi Korg intuitiv dizaynının əsas elementi olaraq məlumat və idarəetmənin asan izlənməsini təmin edir. KRONOS-un hazırlanması zamanı, musiqiçilərə alətləri ekranda idarə etməklə yanaşı onlarda ifa etməkdən həzz almaq üçün həm də onların real görüntüləri və onların müvafiq kontrollerləri əlavə olunmuşdur.

 

 

 

İdarəetmənin universallığı
 

TouchView ekranında mövcud olan parametrlərdən savayı, KRONOS daha rahat ifa və ehtiyac duyulan naviqasiya üçün çox sayda real zaman kontrollerləri təqdim edir. Klaviaturanın solunda coystik, lentli kontroller və iki təyinatlı keçirici yerləşdirilib. Klaviaturanın üzərində heyranedici KRONOS səsləndirilməsi yaradaraq əlaqə təmin edən doqquz slayder, səkkiz nizamlayıcı və çox sayda keçirici mövcuddur. Dempferli pedalın girişinə yeni ifa dərəcəsinə keçmək üçün yarıdempfer funksiyalı pedal qoşmaq olar. Dempferli pedalın keçidindən savayı alət həmçinin pedalların biri ayaq pedalı və digəri pedal keçiricisi olmaqla, iki təyinatlı girişi ilə təchiz olunub.

 

Korg mükəmməl klaviaturası
 

61 klavişli versiya, M3-61 musiqi iş stansiyasına xarakterik olan heyrətamiz təəssüratları həssas özüqayıdan klaviaturada ifa zamanı bəxş edir. Toxunuşa olan həssaslığı ilə tanınan klavişlər, KRONOS-da yumşaq və ekspressiv ifanı təmin edir. KRONOS klaviaturasının 88 klavişli modeli professional Korg fortepiano modellərində olduğu kimi SV-1-də də eyni RH3 çəkicvari mexanizmi ilə təchiz olunub. Klavişə basılma codluğu aşağı registrlardan  yuxarıdakılara keçid zamanı azalır, bu da öz növbəsində əsl konsert royalının klaviaturası təəssuratını bağışlayır. 73 klavişli model eynilə RH3 klaviaturası ilə təchiz olunub, ancaq bu modelin yaradılmasında məqsəd əsl fortepianoya xarakterik klavişlərin duyulmasını özündə saxlamaqla rahat daşınması üçün daha kompakt və asan alət yaratmaq idi. KRONOS, çoxfunksiyalılıq və səsin heyrətamiz harmoniyasının nümunəsi olaraq nazik formaları ilə seçilir.

 

Kompyuterlə mütənasiblik 
 

KRONOS kompyuterə MIDI-ismarıcları göndərmək və USB port ilə onları qəbul etmək imkanı yaradır. KRONOS Editor (pulsuz yüklənir) proqram təminatının köməyilə siz, səsləri və ayarları birbaşa kompyuterdə redaktə edə bilərsiniz. KRONOS Plug-in Editor (pulsuz yüklənir) əlavəsi istənilən mümkün DAW sistemlərindən KRONOS-u plagin görüntüsündə ayarlamaq imkanı verir. KRONOS USB vasitəsilə audiosiqnallar göndərərək və qəbul edərək sizin kompyuteriniz üçün həmçinin audiogirişlər/çıxışlar şəklində istifadə oluna bilər. Musiqi yaradıcılıq sistemini yaratmaq üçün heç bir çoxsaylı əlavə avadanlıqlar əldə etmədən sizi yalnız KRONOS və kompyuter istifadə etmək qane edəcək – sizin əlinizdə mövcud olanlardan ən sadə setup olacaq.

 

Universal audiogirişlər və çıxışlar
 

KRONOS altı audiogiriş kanalları ilə təchiz olunub: 2 analoq kanalı (S/P DIF optik, 48 kHz/24-bit) və 2 USB-kanalları. Paneldə növbəti audioçıxışlar yerləşdirilib: 2 əsas kanallar (L/MONO, R) və dörd asılı olmayan audioçıxışlar, 2 rəqəmsal kanallar (S/P DIF optik, 48 kHz/24-bit) və 2 USB-kanalı (nəzərə alın ki, 2 rəqəmsal kanal və 2 USB kanallar eynilə L/R çıxışından əks olunan həmin siqnalı əks edirlər). Bütün analoq giriş və çıxışlar simmetrik TRS qoşulmasını dəstəkləyirlər. Analoq girişlər istənilən vəziyyətdə universal qoşulmaya zəmanət verərək MIC/LINE keçiricisi və hər kanalın asılı olmayan səviyyə nizamlayıcısı ilə təchiz olunub. Kompyuterə qoşulma üçün istifadə edilən B tipli USB keçidindən savayı, paneldə həmçinin fleş, sərt disklər və ya CD-R/RW və DVD oxuyucuları kimi xarici daşıyıcıların qoşulması üçün təyin olunmuş iki A tipli USB 2.0 portu yerləşdirilib. KRONOS xarici siqnalı təyin edici USB avadanlığına, sərt diskə resempllaşdırıla və ya CD disk yazmaq üçün USB CD-R/RW daşıyıcısına köçürülə bilər. 

 

 

Spesifikasiya:

 
  • EQ: Three bands, with sweepable mid
  • Effects
  • Insert Effects: 12, Stereo in / stereo out
  • Master Effects: 2, Stereo in / stereo out
  • Total Effects: 2, Stereo in / stereo out
  • Timbre EQ: High, low, and mid band
  • Effect Types: 185
  • Modulation: Dynamic Modulation and Common LFO
  • Effects Control Busses: Two stereo side chains
  • Effect Presets: 783, Maximum 32 per 1 effect (Preset User)
  • *6 Need to use with External USB CD Drive, etc.
  • Controllers: Vector joystick, joystick, ribbon controller, switches 1 & 2
  • Control Surface: Control Assign Switches: Assigns the Control Surface to Timber/Track, Audio, External, Real-time Knobs/KARMA, or Tone Adjust.
  • Mixer Knobs Switch: Assigns the Mixer Knobs to either Channel Strip or Individual Pan, Reset Control Switch, Solo Switch, Knobs 1-8, Switches 1-8 (Upper Row), Switches 1-8 (Lower Row), Sliders 1-8, Master Slider
  • KARMA Control: On/Off, Latch, Chord Assign, module Control
  • Display: TouchView graphical user interface, 8 inch TFT, SVGA (800x600 dots), adjustable brightness
  • Outputs: L/MONO, R: 1/4”
  • Balanced; 350 Ω Stereo; 175 Ω Mono (L/MONO Only),
  • Nominal Level: +4.0 dBu
  • Maximum Level: +16.0 dBu (when load impedance is 600 Ω or greater)
  • Individual 1-4: 1/4”
  • Balanced; 350 Ω
  • Stereo; 175 Ω Mono
  • Nominal Level: +4.0 dBu
  • Maximum Level: +16.0 dBu (when load impedance is 600 Ω or greater)
  • Headphones: 1/4” stereo phone jack
  • Output impedance: 33 Ω
  • Maximum Level: 60+60 mW (when load impedance is 33 Ω)
  • S/P DIF: Optical, 24-bit, IEC60958, EIAJCP-1201, 48 kHz, (the same signals as L/MONO, R)
  • USB-B: 24-bit, 48 kHz, 2 channels (the same signals as L/MONO, R)
  • Inputs: 1/4” Balanced; Input Impedance: 10 kΩ
  • Nominal Level: +4.0 dBu
  • Maximum Level: +16 dBu
  • Source Impedance: 600 Ω
  • S/N: 95 dB (Typical)
  • Dynamic Range: 95 dB (Typical)
  • Crosstalk: 95 dB (at 1 kHz, Typical)
  • Control Inputs: Damper pedal (half damper supported), assignable switch, assignable pedal
  • MIDI: In, Out, Thru
  • USB A (TYPE A) x 2 (for connection to external USB devices)
  • USB B (TYPE B) x 1 (MIDI/audio interface, MIDI:1(16ch) input /1(16ch) output, Audio:2channel input / 2channel output), 2 USB high-speed ports (supports 480Mbps)
  • Disk Drives: 62 GB SSD (2.5”)
  • Power Consumption: 60W
  • Dimensions:
  • (W x D x H) 88-key: 57.28” x 16.18” x 5.71” / 1,455 x 411 x 145 mm 73-key:     48.94” x 16.18” x 5.71”/ 1,243 x 411 x 145 mm 61-key: 41.42” x 14.25” x 5.28”/ 1,052 x 362 x 134 mm
  • Weight: 88-key: 50.71 lbs. / 23.0 kg 73-key: 44.75 lbs. / 20.3 kg 61-key: 27.56 lbs. / 12.5 kg
Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

KORG KRONOS X-73

€ 3737.36 € 2500.00

Brendlər

110
Brendlərin