Katalog

Other divisions

Pro Audio

Logistics

Salon

Tel.: (+371) 67310040
Fax: (+371) 67315601
Riqa, Aleksandra Čaka iela 118
Kontaktlar

KORG KAOSSILATOR dynamic phrase synthesizer

Rəqəm: A007180, Vendor şifrəsi: KO-1
€ 167.20 € 65.00

Malların mövcudluğu

Mövcüd deyil

Təsvir

KORG KAOSSILATOR dinamik fraza sintezatoru

 

Korg şirkəti tərəfindən olan dj cihazlarının super tanınmış seriyasının növbəti yeniliyi! KAOSSILATOR, Korg analoq səslərini və təsirli ifaçı imkanlarını bir ultra yığcam cihazda birləşdirən yeni cib dinamik fraza sintezatorunu təcəssüm etdirir. Bu alətdə praktiki olaraq istənilən insan ifa edə bilər – sadəcə KAOSSILATOR-un sensor paneli üzərinə barmaqla aparın. Uzun təlim barədə unudun! KAOSSILATOR yüngüldür və yığcamdır, o sonsuz ifaçı imkanlarına malikdir və eyni zamanda batareyalardan işləyir – bu səbəbdən də Siz, indi istənilən yerdə musiqi yarada bilərsiniz!

 

 

 

 

Əsas imkanları

 

  • Əla daşınabilən korpusda, batareyalardan enerjilənən sintezator.
  • Sintezator səsləri, zərbə alətləri və xüsusi effektlər – cəmi 100 güclü proqram.

 

  • Nizamın müxtəlif variantlarında musiqi frazalarını icra etməyə imkan yaradan səs sırasının seçimi üçün 31 şablon.
  • Mürəkkəb ritmik şəkillərin səsləndirilməsi üçün istifadə olunan 50 növlü qeytləmə ilə arpeciator şəkilləri.

 

  • Musiqi frazasını digərinin üzərinə yazmaq üçün nəzərdə tutulmuş, mürəkkəb və dolğun qruvlar yaratmağa imkan yaradan Loop Recording funksiyası.

 

KAOSSILATOR – "sintezator" anlayışının "fortepiano klaviaturası" anlayışından tamamilə ayırılmış olduğu bu yeni alət, mükəmməldir. İndi klavişlilər kimi, həm də gitara ifa edənlər və ya dj`lər, yeni elementlər ilə canlı qrup və ya klub setinin səslənməsini zənginləşdirə biləcəklər, həm də idarəetmədə KAOSSILATOR sadəliyi, hətta yeni istifadəçini prinsipial olaraq ifaçılıq məharətinin yeni səviyyəsinə qaldırmağa imkan yaradır.

 

Həqiqi cib ölçülərinin, batareyalardan qidalanma imkanı və kəmərin bərkidilməsi üçün xüsusi yuvaların mövcudluğunun sayəsində, KAOSSILATOR, hər bir halda Sizin üçün tükənməz musiqi ilhamının mənbəyi olacaq – Sizin harada olmağınızdan asılı olmayaraq!

 

 

Güclü sintezator və zərbə tembrləri, həmçinin xüsusi effektlər

 

KAOSSILATOR-un tərkibində Korg-dan və KAOSS PAD seriyasının cihazlarının parlaq effektlərindən əfsanəvi modelləşdirmə sintezini uyğunlaşdıran yüz güclü səs proqramları quraşdırılmışdır. Bu proqramlar praktiki olaraq istənilən musiqi üslubunda işləməyə icazə verir. Barmağın üfüqi hərəkəti, səsin hündürlüyü üçün, eyni zamanda şaquli hərəkəti, misal olaraq – kəsiyin tezliyi, modulyasiyanın və ya əks əlaqənin dərinliyi kimi müşayiət parametrlərini idarə edir ki, bu da ifanı xüsusi ifadəlilik ilə təmin edir. Sintezatorların klassik solo tembrlərinə, baslara və xüsusi effektlərə əlavə olaraq, alətin yaddaşında həmçinin canlı fortepiano, gitara və truba səsləri, həmçinin zərbə semplları və lupları olur. Bununla KAOSSILATOR, sözün əsl mənasında Sizi yaradıcılıqla məşğul olmağa məcbur edəcək

.

 

Scale və Key funksiyaları – siz heç zaman "notdan yan" düşməyəcəksiniz

 

  • KAOSSILATOR notları lazımı səs sırasından dəqiq səsləndirmək üçün nəzərdə tutulmuş Scale funksiyasıyla təchiz edilmişdir. İstifadəçi, xromatik, azaldılmış, major və minor blyuz, həmçinin  pentatonika daxil olmaqla, nizamın 31 variantından seçə bilər. Tonallığın quraşdırılması üçün Key funksiyası istifadə olunur. Nəhayət ki nizamın ispan, riukiu və raqa kimi qeyri-standart variantları, ifanı ekzotik elementlərlə zənginləşdirməyə kömək edəcəklər.

 

 

İfaçı imkanlarının genişləndirilməsi üçün arpedjiator

 

Qeytləmə ilə quraşdırılmış arpeciator, istifadəçi tərəfindən verilmiş tempdə müxtəlif not şəkillərini səsləndirə bilər ki, bu da cihazın ifaçı imkanlarını daha çox genişləndirir. Sadəcə olaraq 50 ritmik patternlərdən birini seçin və inanılmaz dərəcədə mükəmməl musiqi şəkillərini yaratmağa başlayın!

 

 

Loop Recording funksiyası ilə daha çox kreativlik

 

Bu funksiya, təyin olunmuş uzunluqda musiqi frazalarını (maksimum 8 hissə = 2 takt) dövretmə rejimində səsləndirməyə imkan yaradır. Məsələn, Siz solo sintezatorundan istifadə etməklə fraza yaza bilərsiniz, sonra isə ona bas və ya zərbələr əlavə edə bilərsiniz. Proses, inanılmaz dərəcədə sadədir – aləti seçirsiniz, ifa edirsiniz və səs yazırsınız. Qruv yaradılması, daha heç zaman bu qədər sadə deyildi!

 

* Kontrollerin funksional təyinatı seçilmiş proqramdan asılıdır.

 

** Zahiri görünüş və qurğunun xarakteristikaları ilkin xəbərdarlıqsız dəyişdirilmiş ola bilər.

 

*** Sənəddə istifadə edilmiş məhsulların və şirkətlərin bütün adları qeyd edilmiş ticarət markasıdır və öz hüquq sahiblərinə aiddirlər.

 

KAOSSILATOR – dinamik fraza sintezatorunun xarakteristikaları

 

Proqramlar: 100

Proqramların kateqoriyaları:

" NOTE" (melodik alətlər) = LEAD: 20, ACOUSTIC:10, BASS:20, CHORD:10

" SE" (xüsusi effektlər) = SE:20

" DRUM" (zərbə alətləri) = DRUM: 10, DRUM PATTERN: 10

Quruluşun variantları: 31

Klaviaturanın diapazonu: ±12 yarımtonlar

Kommutasiya: LINE OUT (RCA konnektorları) çıxışları, PHONES (stereo mini-cek) çıxışı

Sempllaşdırma tezliyi: 48 kHz

RA-dəyişiklik: 24-bitlik, xətt

Qidalanma: AA (LR6) tipli 4 qələvi batareyası və ya şəbəkə adapteri (əlavə əldə edilir)

Batareyalardan işləmə vaxtı: təxminən beş saat (qələvi batareyalardan)

Dəst: İstifadəçi təlimatı, parametrlərin siyahısı, cihazın iş qabiliyyətini yoxlaması üçün dörd "AA" tipli batareya.

Ölçülər: 106 x 129 x 29 mm.

Çəki: 154 qr (batareyalarsız)

 

 

Opsional aksessuarlar

Enerji adapteri ( – 4.5 V)

 

Diqqət! Məhsullar istehsalçi tərəfindən dəyişdirilə bilər. Bu günə olan məlumat üçün bizim menecerlərlə əlaqə saxlayın.

Son baxılmış mallar

Brendlər

110
Brendlərin